Çavuşoğlunun ABŞ-a səfəri təxirə salınıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun martın 19-da ABŞ-a nəzərdə tutulan səfəri təxirə salınıb. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilib. Səfərin də məhz bu səbəbdən təxirə salındığı güman edilir. Səfər zamanı əsasən Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlarla bağlı müzakirələr aparılması nəzərdə tutulurdu. “Hürriyət”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir