Stiven Hokinq vəfat etdi

Dünyaca məşhur ingilis fizik Stepen Hokinq 76 yaşında dünyasını dəyişib. Fizik ABŞ-ın Kembric əyarlətindəki evində vəfat edib. Bu barədə alimin övladları məlumat yayıblar.

Stepen Hokinq 21 yaşında ikən müalicəsi olmayan Amotrofik Lateral Skleroz xəstəliyinə tutulub. Bu xəstəlik əsas neyronların 80%-ni öldürərək sinir sistemini iflic edir, lakin beynin fəaliyyətinə toxunmur.

Məşhur elm adamı 1985-ci ildə səsini də itirdiyi üçün məhkum olunduğu əlil arabasında yazıları səsə çevirə bilən bir kompüter vasitəsilə insanlarla münasibət qururdu.

S.Houkinq elmi fəaliyyəti, Kvant fizikası və qara dəliklərlə bağlı verdiyi məlumatlarla bu gün ən çox tanınan alimlərdən biri idi. Kitabları 40 dildə dərc edilirdi. O, elm dünyasında Albert Eynşteyndən sonra ən böyük dahi insan kimi tanınırdı. Onun haqqında 2015-ci ildə bioqrafik “Hrə şeyin teoriyası” adlı film də çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir