Qəzaya uğrayan Türkiyə təyyarəsinin qara qutusu tapıldı – Ölənlərdən biri yoxdur – VİDEO

Türkiyənin İranda qəzaya uğramış “Bombardier Challenger 600” təyyarəsinin qara qutusu tapılıb. Təyyarə qəzasında ölən 1 nəfərin cəsədi hələ də tapılmayıb. 8 cəsədin kimliyi müəyyən edilsə də, 2 cəsədin yanıq və parçalanma səbəbindən hələ kimə məxsus olduğu məlum deyil.

Qeyd edək ki, BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. “Başaran Holding”in sahibi Hüseyin Başaranın qızı Mina Başaran rəfiqələri ilə subaylığa vida partisindən qayıdırmış. Gələn ay toyu olacaqdı. “Haberler”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir