”Ey NATO, biz Əfqanıstana və Balkanlara gəldik. İndi də mən çağırıram, Suriyaya! Niyə gəlmirsən?!” – Ərdoğan + VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mehmetciyin Suriyanın Afrin bölgəsində gerçəkləşdirdiyi “Zeytub budağı” əməlliyatı nəticəsində zərərsizləşdirilən terorçularla bağlı yeni rəqəm açıqlayıb. 

Enter.News Türkcə xəbər verir ki, Ərdoğan indiyədək zərərsizləşdirilən terrorçu sayının 3213 olduğinu deyib.

“Əsgərimiz gedir Afrinə, inşallah Afrinə girdik, giririk”,-deyə o bildirib.

Prezident daha sonra deyib: “Afrini terrorçulardan təmizlədikdən sonra Münbiç, Ayn əl Ərəb, Tel Abyad, Resulayn, Qamışlını da terrorçulardan təmizləyəcəyik…

…Ey NATO haradasan? Bu qədər mübarizə aparırıq. Türkiyə NATO-nun üzvü deyil? Haradasan? Əfqanıstanda dərhal NATO üzvü ölkələri oraya dəvət etdin, bəs Suriyada? Suriyada NATO üzvü olan ölkələr… Əslində qüdrətləri çatsa qalxacaqlar, onlar açıq-aydın qarşımızda duracaqlar, amma Türkiyənin dik dayandığını görəndə buna cürət etmirlər.

Əfqanıstana çağırdın gəldik, Somaliyə çağırdın gəldik, Balkanlara çağırdın gəldik. İndi də mən çağırıram, gəl görək Suriyaya, gəl!. Niyə gəlmirsən?!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir