Avstraliyanın şimal-şərqi fəlakət zonası elan edilib

Avstraliya Sığortaçılar Şurası Kvinslend ştatının şimal-şərq rayonlarını fəlakət zonası elan edib.

ABC telekanalı xəbər verir ki, artıq beş gündür davam edən leysan yağışları nəticəsində çaylar məcrasından çıxıb, Kvinslendin şimalında, Sakit okean sahillərində yerləşən yaşayış məntəqələri və ona yaxın ərazilər su altında qalıb.

Hazırda ən ağır vəziyyət təqribən 5 min əhalisi olan İnqrem şəhərindədir. Buradakı evlərin 90 faizi daşqınlar nəticəsində su altında qalıb.

Martın 12-nə keçən gecə Kvinslendin şimalında yağışların qismən zəiflədiyi bildirilir. Lakin sinoptiklərin proqnozuna görə, yağışlar hələ bir neçə gün davam edəcək.

Şuranın qəbul etdiyi qərar, ilk növbədə, əhaliyə dəyən ziyanla əlaqədar müraciətlərin sadələşdirilmiş ödənişi prosedurlarını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir