Deputatlar bu gün toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasda ilk öncə deputatlar Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsini müzakirə edəcək.

Daha sonra Seçki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, o cümlədən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Sosial sığorta haqqında”, “Yaşayış minimumu haqqında” və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 24 məsələ daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir