Kür çayının Salyan və Bankə məntəqələrində suyun səviyyəsi 6 santimetr artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 150-270, Lənkəran-Astara zonası çaylarında 10-80, Naxçıvan Muxtar Respublikası çaylarında isə 110 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 185 kubmetr olmaqla ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 187 kubmetr təşkil etməklə ongünlük normanın 77 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 52 kubmetr olmaqla ongünlük normanın 63 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 59 kubmetr təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda və Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 367 (2017-ci il martın 5-də 410 sm), Şirvanda 229 (2017-ci il martın 5-də 285 sm), Salyanda 185 (2017-ci il martın 5-də 256 sm), Bankədə 186 (2017-ci il martın 5-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 santimetr (2017-ci il martın 5-də 136 sm) təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir