bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkom

Sergey Kurginyan: “Sumqayıtda erməniləri azərbaycanlılar öldürməyib”

Erməni əsilli rusiyalı politoloq, siyasi xadim, “Zamanın mahiyyəti” hərəkatının lideri, 1990-cı illərin əvvəllərində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Bakıya ezam edilmiş komissiyasının üzvü Sergey Kurginyan 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş təxribat xarakterli hadisələr barəsində danışıb.

Virtualaz.org xəbər verir ki, Kurginyanın etirafına görə, Sumqayıt hadisələrini törədənlər azərbaycanlılar deyildi:

“1980-ci illərin sonlarında Bakıya gəldim. Gəliş səbəbim rəsmi açıqlamalara və yalanlara qarşı konkret addım atmaq idi. Bakıya gələndə gördüm ki, baş verən hadisələr həm rəsmi açıqlamalardan, həm də bizim demokratik müxalifətin təqdim etdiyindən tamamilə fərqlidir.

Bütün məsuliyyətimlə deyə bilərəm ki, əvvəlcə Sumqayıt, sonra da Bakıda ermənilərin vəhşicəsinə öldürülməsində və onlara işgəncələr verilməsində azərbaycanlılar günahkar deyil. Bunları törədənlər tamamilə başqa adamlar idi. Beynəlxalq qurumlar tərəfindən xüsusi olaraq kirayələnmiş kənar şəxslər idi. Həmim şəxslərin adlarına qədər bütün məlumatlar əlimizdədir. O zaman və indi kimə işlədiklərini çox yaxşı bilirik. Həmin şəxslər əvvəlcə erməniləri öldürərək azərbaycanlılar edibmiş kimi göstərirdilər, sonra azərbaycanlıları öldürərək ermənilər edibmiş kimi təqdim edirdilər. Daha sonra azərbaycanlılarla erməniləri bir-birinə qarşı münaqişəyə salaraq, idarə oluna bilən qarşıdurma yaradırdılar. Beləliklə, ortaq tarixə sahib iki xalqı bir-birinə vuraraq münaqişəni idarə edirdilər”.

Xatırladaq ki, fevralın 22-də Azərbaycan DİN və Baş Prokurorluğu Sumqayıt hadisələrinin 30 illiyi ilə bağlı birgə bəyanatlarında bildiriblər ki, 1988-ci ildə baş verənlər Azərbaycan xalqına qarşı erməni xüsusi xidmət orqanları və SSRİ DTK tərəfindən təşkil olunmuş təxribat idi.