Xalq artistindən telekanallara sərt tənqid: ” Yekə-yekə kişilər, qadınlar…”

Azərbaycan telekanallarındakı şou-proqramlar ölkəmizdə birmənalı qarşılanmır.

Azərabaycanın Xalq artisti Rasim Balayev bu proqlamlar haqqında maraqlı bir nüansa toxunub:

“Son vaxtlar qəlbimdə paxıllıq hissləri oyanıb. Bazar ertəsi “Space”də “Sevimli şou” deyilən bir veriliş var. Deyəsən, aparıcısı Mikayıl adlı oğlandır. Mən də elə hərdən baxıram. O verilişdə olanlara tamaşa edirəm. İlahi, bunlar nə qədər xoşbəxtdirlər. Necə qol götürüb, oynaya bilirlər. Elə şadyanalıq edirlər ki, sanki bu qədər torpağı biz itirməmişik. Yekə-yekə kişilər, qadınlar başını qaralayan müğənnilərə necə əl çalırlar, ay Allah… Adam dəhşətə gəlir. Onlara baxanda paxıllıq edirəm ki, kaş mən də belə olaydım. Dünyanın gediş-gəlişini çox dərk etməyəydim. Anlamamaq, nə böyük xoşbəxtlik imiş… Allah Cəlil Məmmədquluzadəyə rəhmət eləsin. Gözəl deyib: “Yaman olur, anlamaq dərdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir