Kıvanç Bakıya gəlmək istəmədi

Bu gün türkiyəli aktyor Kıvanç Tatlıtuğun rol aldığı “Hadi be oğlum” filminin Bakıda nümayişi başlayır. Ekran işinin paytaxtımızda da qala gecəsi nəzərdə tutulmuşdu.

Nizami Kino Mərkəzində keçirilməsi planlaşdırılan qala gecə təxirə salınıb. Buna səbəb isə Kıvançın Bakıya gəlməkdən imtina etməsi olub. Təşkilatçılar onun işlərinin çox olduğunu və başının çəkilişlərə qarışdığını bəhanə ediblər.

Beləcə, “Hadi be oğlum” qala gecəsi olmadan kinoteatrkarda nümayiş ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir