Saakaşvilinin 2021-ci ilə qədər Ukrayna ərazinə girişinə qadağa qoyulub

Ukraynanın Dövlət Sərhəd Xidməti 2021-ci ilə qədər Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin ölkə ərazisinə girişinə qadağa qoyub.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin birinci müavini Vasiliya Servatyuk məlumat verib.

Onun sözlərinə görə, Saakaşvilinin Ukrayna ərazisinə girişinə 2021-ci il fevralın 13-dək qoyulan qadağa qanunvericiliyin tələblərinə tam uyğundur.

Qeyd edək ki, Saakaşvili fevralın 12-də Ukrayna ərazisindən çıxarılaraq Polşaya aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir