ABŞ Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirir

ABŞ Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirir.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Bloomberg” agentliyinə Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndələri bildirib.

Onların sözlərinə görə, sanksiyaların tətbiq edilməsi qərarı siyasiləşdirilməməlidir və bununla əlaqədar bu məsələ ilə bağlı müzakirələr bağlı qapı arxasında aparılır. Vşinqtonda həmçinin hesab edirlər ki, sanksiyalar məsələsində ABŞ Avropalı mütəffiqləri ilə bir olmalıdı.

“France-Press” agentliyi də ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndələrinə istinadən Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin mümkün olduğunu bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir