Deputat: “Əhalinin kredit borclarının da silinməsi vacibdir” – GÖZLƏNTİ BÖYÜKDÜR

“Məcburi dövlət sosial sığorta amnistiyasının əhalinin kredit borclarına da tətbiq edilməsi vacibdir”.
Bunu “Sherg.az”a məcburi dövlət sosial sığorta sahəsində yaranmış borcların silinməsindən danışarkən iqtisadçı, deputat Vahid Əhmədov deyib.
O diqqətə çatdırıb ki, kredit borcları bu gün də gündəmdə olan, maliyyə bazarlarına təsir edən məsələdir:
“Problemli kreditlərlə bağlı mənim və həmkarım Əli Mənsimlinin təkliflərimiz olub. Bu sahədə qanun layihəsi hazırlanarsa, Cənab prezident kredit borclarının silinməsi ilə bağlı qərar qəbul edərsə, bu problemi də həll etmək mümkündür”.
Xatırladaq ki, prezident İlham Əliyev tərəfindən MM-ə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi təqdim edilib.
Qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir