Paytaxtın bəzi yollarında sürət həddi endirilib
Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı – Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, eyni zamanda, elektron lövhələrə “Sürüşkən Yol” işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.