Avropa ABŞ-la müharibə planını HAZIRLAYIR

Avropa Komissiyası ABŞ-ın Avropa İttifaqı ölkələrindən idxal ediləcək məhsullara rüsumların tətbiqi ehtimalını nəzərə alaraq cavab ölçülərini fikirləşir. Bu haqda Avropa İttifaqının bir neçə məmuruna istinadən “Frankfurter Allgemeine Zeitung” nəşri yazıb.

Ötən həftə ABŞ-ın ticarət naziri Uilbur Ross bildirib ki, amerikalılar polad və alüminium barəsində rüsumların tətbiqini düşünürlər. Məhdudiyyətlər yalnız Avropa istehsalı olan mallara toxunmayacaq, amma ABŞ-ın iqtisadi qərarları Avropa İttifaqı üçün ağır ola bilər. Polad üçün 24, alüminium üçün isə 7,7 faiz rüsumun tətbiqi təklif edilir.

Yanvarın 28-də ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın ITV telekanalına müsahibəsində deyib ki, Vaşinqtonun Brüssellə problemləri çoxdur və belə vəziyyət ticarət münasibətlərində daha ciddidir. Tramp qeyd edib ki, Amerika malları üçün Avropa bazarına daxil olmaq çox çətindir, amma Avropa İttifaqına üzv ölkələri öz mallarını “çox kiçik rüsumlarla” ABŞ-a göndərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir