Qazaxıstan prezidenti latın qrafikalı yeni əlifbanı təsdiqləyib

Qazaxıstan prezidenti Nursultan Nazarabayev latın qrafikalı yeni əlifbanın təsdiqlənməsi barədə fərman imzalayıb.

RİA “Novosti”-nin verdiyi xəbərə görə, yeni əlifba 32 hərfdən ibarətdir.

Qeyd edək ki, Nursultan Nazarbayev ötən ilin oktyabrında qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur. 

Qazaxıstanda 1920-ci ilədək ərəb əlifbasından istifadə edilib. 1920-ci ildə latın qrafikalı əlifbaya, 1940-cı ildən isə 42 hərfli kiril əlifbasına keçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir