Daha bir ABŞ gəmisi Qara Dənizə gəldi

Bu səhər ABŞ Hərbi Dəniz Qüvvələrinin 6- Donanmasına aid USS Carney (Karni) Raket Esminetsi İstanbul Boğazından keçərək Qara dənizə daxil olub. Burada gəminin ABŞ Donanmasına aid olan Ross raketli esminetsi ilə birgə hərəkət edəcəyi bildirilir. Mütəxəssislərin ehtimalına görə iki Amerikan gəmisinin eyni anda Qara dənizdə keşik çəkməsi Rusiya Qara Dəniz Donanmasının Ukraynaya qarşı hər hansı bir müdaxiləsinin
qarşısını almaq məqsədilə bir xəbərdarlıq aksiyası olaraq qəbul edilə biləcəyini ifadə edirlər.

Qeyd edək ki, hər iki gəmi Tomohavk nüvə başlıqlı raketləri ilə təchiz edilib və hal hazırda Qara dəniz hövzəsini əhatə edən ölkələrdə bu raketlərin yaxın məsafədən hücumunun qarşısını alacaq hər hansı bir təsirli imkanı çox məhdud haldadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir