Kiyevdə prezidentin istefasını tələb edən aksiya keçirilir
Kiyevdə Mixail Saakaşvilinin tərəfdarları prezident Petr Poroşenkonun istefası tələbilə aksiya keçirirlər.
Aksiyanın keçirilməsinə nəzarət üçün 3000 polis cəlb olunub. Şəhərin mərkəzində kinoloqlar və bir sıra texnikalar keşik çəkir.
Aksiya saat 12.00-a təyin olunsa da, 50 dəqiqə gec başlayıb. Təşkilatçılarin sözlərinə görə, gecikmənin səbəbi, bazar günlərində ictimai nəqliyyatın fasilələrlə işləməsidir. Bu səbəbdən aksiya iştirakçıları Kiyevin mərkəzinə çətinliklə gələ biliblər.
Aksiya iştirakçıları əllərində “İstefa” və ” Mişadan əlini çək” şüarlarını səsləndirirlər.
Aksiya davam edir.