“Ögey ana”nın İsmayılının dublyoru var imiş – VİDEO

Balacadan-böyüyə hər kəsin sevə-sevə izlədiyi “Ögey ana” filmində “İsmayıl” rolunu canlandıran Ceyhun Mirzəyev təhlükəli epizodlarda yer almayıbmış. Onun əvəzinə dublyor çəkilib.

Hazırda filmin çəkildiyi İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Vaqif Babayev C.Mirzəyevin dublyoru olub.

Onun sözlərinə görə, ona təklif kino çəkilişləri zamanı gəlib. Dərs vaxtı bir qrup kino işçisi sinfə daxil olub və bir film üçün dublyor axtardıqlarını deyiblər. Rejissor isə xarici görünüşündə “İsmayıl2a bənzədiyi üçün onu seçib.

Kinoda həyəcanın kulminasiya nöqtəsi hesab olunan dağdan çiçəyin qopardılması və partlayış səhnəsini də Ceyhun Mirzəyev yox, məhz Vaqif Babayev oynayıb.

Çəkilişlər zamanı yaddaqalan anlar da az olmayıb.

Aktyorluq təcrübəsi olmasa da, səhnələrə peşəkar kimi çəkilən Vaqif Babayev bu işə görə həmin vaxt müəyyən qonorar də alıb. Bu film daha sonra aktyor və dublyor arasında sıx dostluq münasibətlərinin yaranmasına gətirib çıxarıb.

Vaqif Babayev bu filmdən sonra özünü aktyor kimi sınamaq istəsə də, bəzi səbəblərdən bu alınmayıb. Daha sonra o, başqa ixtisas üzrə təhsilini davam etdirib. Hazırda pensiyaçı olan Vaqif Babayev uzun müddət xalçaçılıqla məşğul olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir