Yunanıstanın xarici işlər nazirindən alçaq Türk açıqlaması – “Ən yaxşı Türk ölü Türkdür”

Türkiyə ilə Yunanıstan arasında Kardak böhranının yaşandığı bir vaxtda Yunanıstanın keçmiş xarici işlər naziri Theodoros Pangalosun dediyi söz türkləri özündən çıxardıb. 
O, çərşənbə günü verdiyi  radio müsahibədə “Ən yaxşı Türk ölü Türkdür” deyib.
“Skai” radiosuna danışan Pangalos Yunanıstanın Türkiyə ilə böyük bir problemlə üz-üzə olduğunu bildirərək “Nə qədər yaxşı niyyət göstərsək də, düşmən acımasızdı və öhdəsindən gəlmək lazımdır” deyə, qeyd edib.
“Ən yaxşı Türk ölü Türkdür, buna inanıram, çünki yaxşı bir Türklə rast gəlməmişəm. Onlar ədalət hissindən məhrumdurlar” deyən Pangalos 1996-1999 illəri arasında xarici işlər naziri olub və mübahisəli çıxışları ilə tanınıb. Pangalos 1990-cı  illərdə Türkiyəni qanlı çəkmələrini Avropaya yoluxdurmaqla günahlandırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir