İstanbul polisi səhəri əməliyyatla açdı – narkotacirlər saxlanıldı

İstanbul polisi səhəri əməliyyatla açıb. Trend-in məlumatına görə, səhər saatlarından polis narkotacirlərə qarşı genişmiqyaslı əməliyyata start verib.

İstanbul polisinin yaydığı ilkin məlumata görə, əməliyyat nəticəsində 10-dan çox narkotik alverçisi saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl Diyarbəkir vilayətində keçirilən əməliyyatda 1 tondan çox narkotik vasitə müsadirə edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir