Cəfər Cabbarlının qızı vəfat etdi

Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı rəhmətə gedib.

Bu barədə  Cəfər Cabbarlının ev muzeyindən məlumat verilib.

Gülarə Cabbarlı bir neçə dəfə ürək çatışmazlığı ilə bağlı xəstəxanada müalicə alıb. Sonuncu dəfə isə soyuqlayıb və buna ürəyi tab gətirməyib. O, 11 fevral tarixində 88 yaşını qeyd edib. 12 fevral tarixində isə dünyasını dəyişib.

Mərhumla vida mərasimi bu gün saat 14:30-da, Təzə Pir məscidində keçiriləcək.

Allah rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir