“Əbədi məşəl” kompleksi sürüşə bilərmi? – VİDEO

“Sürüşmənin “Əbədi məşəl” kompleksinə təsiri yoxdur”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Əziz Qaralov həmçinin sürüşmə sahəsinin Bakı Televiziya Qülləsinə də hər hansı təsirinin olmadığını bildirib. Ekspedisiya rəisi “Gülüstan” sarayının istinad divarlarında quraşdırılan mayaklarda ciddi dəyşikliyin yaranmadığını deyib.

Səbail rayon İcra hakimiyyəti də sürüşmə ilə bağlı açıqlama yayıb. İcra hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, 19-cu əsrdə Bayılın bu hissəsində ümumiyyətlə yaşayış olmayıb. Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib. Bayılda təhlükəli sahədə yerləşən tikililər plansız, bünövrəsiz şəkildə inşa edilib. Onların hamısı 1960-70-ci illərdən sonra tikilən evlərdir.

İcra başçısı qeyd edib ki, ərazidən köçürülən sakinlərin əmlakının qorunması, təhlükəli zonaya insanların buraxılmaması üçün postlar yaradılıb. Rayon İcra Hakimiyyəti tərəfindən 163 nömrəli məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait yaradılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir