Türk ordusunun 4 günlük fasilədən sonra Afrində hava əməliyyatı

Türkiyə döyüş təyyarələri 4 günlük fasilədən sonra Suriyanın Afrin bölgəsində YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) qarşı hava əməliyyatı keçirib.

Türkiyə KİV-ləri xəbər verir ki, Afrinin mərkəzi, Minnig hava limanı, Bafilun dağı və Raco bölgəsində terrorçuların mövqeləri bombalanıb.

Afrinin mərkəzində YPG-nin qərargahının vurulduğunu xəbər verən yerli mənbələr döyüş təyyarələrinin Münbiç üzərindən keçdiyini bildiriblər.

Qeyd edək ki, İdlibdə Rusiyanın “Su-27” təyyarəsinin vurulmasından sonra Suriyanın hava məkanı Rusiya təyyarələri üçün bağlanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir