Tibbdə inqilabi yenilik edəcək kəşfə imza atıldı

İsveçrə və Britaniya bioloqları siçanın beynindəki kök hüceyrələrini öyrənərkən ilk dəfə beyindaxili yeni hüceyrələrin formalaşmasını müşahidə ediblər. Bu barədə “Science” jurnalında yayımlanan bir məqalədə deyilir.

“Ümid edirik ki, bu kök hüceyrələrindən gələcəkdə beyni, eləcə də Alzeymer, Parkinson, ağıl xəstəlikləri və depressiyanın ən ciddi formalarını müalicə edərkən istifadə etməyi öyrənəcəyik”, – deyə, Sürix Universitetindən Sebastian Cessberqer deyib.

Onun sözlərinə görə, heç kim indiyə qədər kök hüceyrələrinin tam neyronlara çevrilmə prosesini sənədləşdirməyib və görməyib. Ona görə də bir çox alim bu hüceyrələrin sinir toxumasının yenilənməsində iştirak etməsinə şübhə edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir