Terrorçuların gizləndiyi tunel ələ keçirildi

Suriyanın Afrin bölgəsində azad edilən Sirqaya təpəsində terrorçulara məxsus sığınacaq tapılıb. Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) Afrində həyata keçirdiyi “Zeytun budağı” hərəkatı çərçivəsində PYD/PKK-nın beton tunelləri aşkar edilib.

Hündürlüyü iki, eni isə bir metr olan labirint tunelin yataq və mətbəx otaqları da var. Tunellərin divarları təxminən bir metr ennilikdədir.

Terrorçuların Afrinin dağlıq bölgələrində bir neçə belə tunelinin olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir