Ərdoğana BÖYÜK DƏSTƏK: “Avropalı olduğum üçün utanıram”

Fransalı pianoçu və bəstəkar Stefen Belt Türkiyə və Suriyanın ortaq hərbi hərəkatı olan “Zeytun budağı”na dəstək məqsədilə “mehmetçik”lər üçün konsert proqramı planlaşdırıb.

Sosial media hesabından izləyicilərinə çağırış edən pianoçu “Zeytun budağı”nda iştirak edən əsgərlər üçün dua istəyib.

25 ildir Fələstin xalqına konsert proqramları hazırlayan Stefen Türkiyəni və özəlliklə, prezident Rəcəb Tayyib Ərdoğanı çox sevdiyini, aksesuarlarında Osmanlıya aid rəmzləri daşıdığını bildirib.

İlk dəfə konsert vermək üçün Türkiyəyə gedən fransalı musiqiçi dəfələrlə sanskiyaya uğradığını da gizlətməyib:

“Türkiyəyə gələndə Ərdoğanın əleyhinə danışmağımı və onun bir faşist olduğunu söylədilər. “Məni qarışdırmayın” deyəndə isə konsertlərimi ləğv edəcəklərini bildirdilər. Mənim üçün müharibə və qarşıdurmalar siyasi deyil, insanlıq məsələsidir. Türkiyəni çox sevirəm və burada yaşamaqdan məmnunam”.

Qeyd edək ki, məşhur pianoçu daha əvvəl verdiyi açıqlamalarda avropalı olduğundan utandığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir