Metroda qatarda nasazlıq yarandı

Bakı metrosunda qatarda problem yaranıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Trend”ə bildirib ki, 13 saylı marşrut üzrə hərəkət edən qatar nasazlıq səbəbindən depoya göndərilib.

N.Paşayev deyib: “Həmin qatarın əvəzinə xətdə qatar buraxılıb və qatarlararası inyerval artıb. Həmçinin pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Hazırda intervalın bərpa edilməsinə çalışırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir