bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobet

Bayılda sürüşmə fəlakət həddində – nazir əraziyə gəldi

2000-ci il hadisəsi təkrarlana bilərmi…

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə zonasında təhlükənin getdikcə artması barəsində daha öncəki sayımızda da geniş material dərc etmişik. Ərazidə hazırda müvafiq qurumların əməkdaşları çalışıb, bərkitmə işləri aparırlar. Lakin buna baxmayaraq sürüşmə nəticəsində Telqüllədən təxminən 250 metr aşağıda dərinliyi 10 metrə çatan yarğanın eni, 1 metrə yaxınlaşıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yarğana şimal rayonlarımızdan gətirilən gil doldururlar. Lakin havaların kəskin soyuması və yağıntının olması, heç şübhəsiz ki, ərazidəki vəziyyət bir qədər də çətinləşdirəcək. Mütəxəssislərlə söhbətimiz zamanı onlar bildirdilər ki, yaxınlıqda yaşayan sakinlər təhlükənin miqyasını dərk etməsələr də, əslində hər an torpaq sürüşə və onlarla ev uça bilər. Onu da qeyd edək ki, sürüşmə zonasında istinad divarlarına yaxın məsafədə yerləşən evlərin çoxları kərpicdən, taxtadan və yaxud da bir qat daşdan tikilən 2-3 otaqlı, azkvadratlı mənzillərdir. Bu evlərin də əksəriyyətinin heç bir sənədi yoxdur. Sənədi olmasa da ev sahibləri bildirirlər ki, burada torpağı da, ev tikmək üçün icazəni də pulla alıblar.

“Yeni Müsavat”a danışan sakin Zahid Aslanov bildirib ki, yanvarın 25-də sakinlər gecəni qohumlarının evində, yaradılan sığınacaqlarda keçiriblər:

“Axşam nəmişlik olduğu üçün evdə qalmayıb, məktəbə getdik. Ancaq səhər açılandan yenə də öz evimizdəyik. Hazırda rayon icra hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən nümayəndələr gəlib, əraziyə baxış keçirirlər. Bildirirlər ki, burada yüksək vəzifəli şəxslər də var. Ancaq gələn nümayəndələr camaatla ünsiyyətə girmədiyi üçün məmurların kimlər olduğundan xəbərsizik. Su, işıq, qaz kəsildiyi üçün evdə soyuqdan otura bilmirik. Ona görə də ocaq qalayıb, küçədə oturmuşuq. Gözləyirik ki, görək məsələlərin axını necə olur”.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən yayılan məlumatda bildirilirdi ki, əgər ərazidə təhlükə davam edərsə, onlara birdəfəlik kompensasiya verilərək, oradan köçürüləcəklər. Lakin sakinlər bildirdilər ki, onlara kirayə pulu və ya kompensasiya ilə bağlı heç bir söz deyilməyib. Onlar bildirdilər ki, ümumiyyətlə, rəsmilər sakinlərə heç bir söz demirlər. Elə sürüşmə yerinə baxıb, orada çalışanlara tapşırıqlarını verib, ərazidən uzaqlaşırlar.

Rəsmi məlumatlara görə, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün (dünən) Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib. Nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Bundan başqa Daxili işlər nazirinin müavini Oruc Zalov və nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov da Bayıldakı sürüşmə ərazisinə baş çəkiblər.

Bayıl ərazisi Bakının aktiv sürüşmə zonaları sırasına daxildir. Bu ərazidə sürüşmə təkcə bu il deyil, hər il müşahidə edilir. Elə sakinləri də soyuqqanlı edən məhz bu məsələdir. Onlar da bildirirlər ki, hər il torpaqda sürüşmə, evlərində çat olur. Hesab edirlər ki, irimiqyaslı təhlükədən danışmağa dəyməz. Buna görə də iddia edirlər ki, ərazidə hansısa qurumlar tikinti aparmaq niyyətindədir və buna görə də camaatı oradan köçürmək istəyirlər…

Lakin 2000-ci ildə Bayılda baş verən sürüşmə, torpaqla zarafat etməyin ağır nəticələrə yol aça biləcəyini sübut edən faktdır. 2000-ci ilin mart ayında baş vermiş bu sürüşmə eni 350 m, uzunluğu 450 m olan ərazini əhatə edib. Ümumilikdə, bu zaman baş vermiş sürüşmə nəticəsində 4,5-5,0 mln m3 həcmində olan kütlə sürüşmə prosesinə məruz qalıb. Nəticədə müxtəlif təyinatlı tikililər, kommunikasiya xətlərinə və əhaliyə küllü miqdarda ziyan dəyib. Ümumilikdə isə Bayıl ərazisində indiyə qədər 14 sürüşmə faktı qeydə alınıb. Belə ki, ərazidə sürüşmə XIX əsrin ortalarından başlayıb və 1847, 1877, 1919, 1927, 1929, 1932, 1953, 1968, 1969, 1973, 1974, 1996, 2000 və 2011-ci illərdə aktivləşib. Hazırda hadisə isə Bayılda 15-ci sürüşmə faktıdır. 2000-ci ildə baş verən sürüşmə zamanı Şəhidlər Xiyabanında ucaldılan abidə də təhlükədə idi. Hətta abidənin divarlarında çatlar da yaranmışdı. Abidəyə bir şey olmasa da həmin zaman yuxarıda da qeyd etdiyimiz kimi əhaliyə xeyli maddi ziyan dəydi, böyük çökmə yarandı. Bu dəfə isə sürüşmə Bakı Televiziya Qülləsinə çox yaxın məsafədədir. Ərazinin yuxarı hissəsində həmçinin villalar, hündür binalar da var. Lakin o binalarda yaşayanlar köçürülməyib.

Bəs bu binalar və xüsusilə Teleqüllə təhlükədə deyilmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib ki,  Teleqülləni hansısa sürüşmə təhlükəsi gözləmir:

“Çünki ərazidə relyef elə formadadır ki, bir-birinə hər hansı keçid yoxdur. Arada müəyyən məsafə var və teleqüllə üçün hər hansı bir təhlükə yoxdur”.

Ərazidə işləyən ekspertiza qrupu bildirir ki, əgər qar yağarsa, sürüşmə yenidən aktivləşə bilər. İndiki halda isə yarğanlarda böyük genişlənmə yoxdur.