İngiltərə XİN başçısı: “Türkiyə haqlıdır”

İngiltərənin xarici işlər naziri Boris Conson TürkiyəninSuriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirib. B. Conson özünün “Twitter” səhifəsində hadisələri yaxılndan izlədiklərini yazıb. “Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək istəməkdə haqlıdır. Biz Suriyada zorakılığı azaltmaq və daha da önəmlisi, Əsəd rejimini bitirəcək siyasi prosesə diqqəti cəmləşdirmək məsələsində Türkiyə ilə ortaq hədəflərə sahibik”, – deyə B. Conson bildirib.

Xatırladaq ki, Türkiyə ötən şənbə günü Afrində silahlı kürd dəstələrinə (YPG) qarşı əməliyyatlara başlayıb.  APA-nın “Hürriyet”ə istinadən xəbər verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir