FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər

“İqtisadiyyatın inkişaf tempi ehtimallarımı üstələyə bilər”. “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu “USA Today” qəzetinə müsahibəsində San-Fransisko FED-inin rəhbəri Con Uilyams (John Williams) bildirib.

Uilyams qeyd edib ki, “iqtisadiyyata aid önəmli risklər resessiyadan sonra ilk dəfə ciddi şəkildə azalıb. İqtisadiyyatın dayanmasından narahat deyiləm. Bu narahatçılıq bir neçə il əvvəl var idi”.

“FED üzvlərinin 4 dəfə uçot dərəcəsini artırması ehtimalı 3 dəfə artırma ehtimallarını üstələyib”, – deyə Uilyams əlavə edib.

Xatırtladaq ki, FED-in növbəti iclası yanvarın 30-31-də keçiriləcək. Analitiklər bu iclasda FED-in uçot dərəcəsini artırmasını gözləmir. FED sonuncu dəfə uçot dərəcəsini dekabrın 13-14-də keçirdiyi iclasda 0,25 faiz bəndi artıraraq 1,25-1,50% koridoruna yüksəldib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir