bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkom

FED-in qərarı: Bu dəfə dolları ucuzlaşdıracaq

2018-ci il dolların ucuz qalacağı bir il olacaq. Qlobal investisiya bankı “Goldman Sachs”ın baş iqtisadçısı Jan Hatzius, ABŞ Mərkəzi Bankı FED-in bu il cəmi 4 dəfə faiz artıra biləcəyinin gözlənilməsinə baxmayaraq, dolların zəif qalacağı il ola biləcəyini deyib: “Dolların ən azından böyük pul vahidləri, hətta bir az da inkişaf edən ölkə pulları qarşısında zəif (gücsüz, ucuz) ola biləcəyini hesab edirik”.

Normal şərtlərdə bir ölkənin Mərkəzi Bankının faiz artırması milli pul vahidini dəstəkləyir (bahalaşır). Ancaq Hatzius sinxron qlobal inkişaf dövrü olduğundan, həmçinin digər mərkəzi bankların siyasət faizlərini (uçot dərəcəsini) mümkün qaldırmaları ehtimalının dolların cazibəsini itirməsinə səbəb olacağını qeyd edib. Ekspert bildirir ki, belə bir şəraitdə dolların əhəmiyyətli dərəcədə dəyər qazanacağını görmək çətindir.

Dollar indeksi 2017-ci ili təxminən 10 faiz nisbətində azalma ilə başa vurmuşdu. Bazarlarda ABŞ valyutasının bu il də zəif qalacağına dair gözləntilər var. Bu fikri müdafiə edənlər, ABŞ Prezidenti Donald Trampın siyasəti daxil bəzi qeyri-müəyyənliklər olduğuna diqqət çəkirlər. 2017-ci ildə FED-in 3 dəfə faiz artırması və Tramp hökumətinin vergi islahatını qəbul etməsinə baxmayaraq, dollar, avro qarşısında da 10 faiz ucuzlaşıb.

“Rabobank Forex”dən Ceyn Foley digər iqtisadiyyatların təşviqləri azaltmalarının daha təsirli ola biləcəyinə diqqət çəkir: “Digər G10 ölkələrinin yumşaq pul siyasətini sərtləşdirmələri ehtimalı, FED-in faiz artımlarının dollar üzərində təsirini azalda bilər”. Ekspert, bütün bu müəmmalar ilə ABŞ aktivlərinin yaxın perspektivdə “etibarlı liman” statusunu də itirəcəyinə inanır.

FED faizləri artsa da dollar niyə ucuz qalmalıdır?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, FED uçot dərəcəsini artırsa da, dolların məzənnəsi ucuz qala bilər: “Uçot dərəcəsinin artırılması ola bilsin ki, dolların əhatəsinin cazibədarlığını artırır. Ancaq dövlətin yumşaq və maraqlı monetar siyasəti nəticəsində valyutanın məzənnəsini digər dünya valyutalarına qarşı elastik saxlayır. Eyni zamanda öz ixrac potensialını artırır. Buna deyirlər sağlam iradəli məzənnə siyasəti. Məzənnə siyasətində də stimullaşdırmaq mümkündür. Beləliklə, ABŞ ticarət dünyasında öz mövqelərini bərkitmiş olacaq. Bu, mümkündür”.