bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkom

Leyla Şıxlinskayanın işçiləri: “1 milyonu yemişik ki, qaytaraq?”

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilənlər ifadə veriblər.

Tərəflərin suallarını cavablandıran Şəhla Abbasova bildirib ki, işdən çıxandan sonra klinikada yoxlama tələb edib: “Biz işdən çıxmaq üçün ərizə yazdıq. Tələb etdik yoxlama aparılsın. Lakin Leyla xanım buna imkan vermədi. Bir müddət keçəndən sonra gördük ki, işimiz “Bandontel”dədir. İttihamda qeyd olunur ki, guya biz sənədləri məhv etmişik. Halbuki, biz sənədləri mansardda saxlayırdıq. Sonra gəlib bizə akt tərtib etdilər ki, oranı boşaldaq. Sənədlərin orda saxlanması təhlükəliydi. Leyla Şıxlınskaya sonra əmr verdi, biz də sənədləri ordan götürdük”.

Şəhla Abbasova bildirib ki, 2011-də ilə yoxlama aparıblar: “Mən orda 6 aya yaxın idi çalışırdım. Leyla Şıxlınskaya yoxlama apardı. Hər şey qayda-qanunla olmuşdu. Bizdən çox razı idi”.

Şəhla Abbasovanı sözlərinə görə, Leyla Şıxlınskaya gündə 5-10 dəfə ona zəng edirdi: “Özü ölkədə oldu-olmadı zəng edirdi. İşlərlə maraqlanırdı. Bizdən çox razı idi”.

Daha sonra təqsirləndirilən şəxs qismində ifadə verən Polad Əliyev bildirib ki, Leyla xanım hər gün işləri yoxlayırdı: “Leyla xanım hər gün qeydiyyat şöbəsinə zəng edib, nə qədər pulun olub-olmadığını soruşurdu. Kamerayla baxırdı. Baş tibb bacısına zəng edib palatalarda nə qədər xəstə olub-olmadığını soruşurdu. Bizə iş açılmazdan 6 ay qabaq yoxlama apardı. Bir qüsur çıxmadı. Əlavə pul verdi”.

Polad Əliyev qeyd edib ki, klinikada baş mühasibin müavini vəzifəsində çalışıb: “Mənim işim siğorta şirkətləri iləydi. Əmək haqlarını, vergini hesablayırdım, balans edirdim. Sonradan bu cinayət işi başladı. Mənim adım orada çıxanda çox təəccübləndim. Özüm oradan bir qəpik də yeməmişəm. İttiham aktında baxıram ki, Leyla Şıxlınskaya bildirib ki, mənim 1 milyonumu qaytarmayıblar. İndi vəkili vasitəsi ilə deyirəm ki, biz onun 1 milyonunu yemişik ki, qaytaraq?”.

Təqsirləndirilən şəxs bildirib ki, klinikada həkimlər 30 minə yaxın maaş alırdılar: “Həmin pullar qara hesabdan çıxarılıb verilirdi. Lakin rəsmi maaş az göstərildi. Bunların hamısı Leyla Şıxlınskayanın tapşırığı əsasında olub. Bizə də rəhbərlik tapşırıq verirdi. Yerinə yetirməliydik, çünki ordan çörək yeyirdik. Leyla Şıxlınskayanın qanunsuz əməllərinə görə işdən çıxdım. Bundan əvvəl də 2 dəfə ərizə yazmışdım, Leyla xanım ərizələrimi cırıb atırdı. Klinikada 6 ay dözə bildim. Sonra özün çıxdım. Bir müddət sonra da barəmdə cinayət işi başlandı”.

Digər təqsdirləndirilən Səkinə Qasımovanın sözlərinə görə, qəbul olunan pulları Kaysa Nadejdaya təhvil verib: “Hamısını çekləri ilə qəbul edərək Nadejdaya vermişik. Biz heç vaxt Polad və Şəhla xanımla işləməmişik. Pullar ya Nadejdaya, ya da Günel Abbasovaya gedirdi. Onların heç biri də təqsirləndirilən şəxs deyil”.

Təqsirləndirilən Aytən Hüseynova qeyd edib ki, klinikanın qeydiyyat şöbəsində çalışıb, pulları Nadejdaya verib: “Rəsmi maaşım 125 manat idi. Lakin paket alırdıq. Onunla birlikdə 500 manat əmək haqqı alırdıq. Paketi də birbaşa Nadejdadan almışam. Bizim Şəhla xanımla işimiz yoxuydu. 2003-2013 ilə qədər klinikada çalışmışıq. Yoxlamalar aparılırdı. Lakin heç vaxt problem olmurdu”.

Təqsirləndirilən Mədinə Hüseynova ifadəsində bildirib ki, hazırda da klinikada çalışır: “İndi də həmin sistemlə işləyirik. Lakin proqram dəyişilliyi olub. Pul ödənən kimi iki nüsxədə qəbz çıxarılırdı. Biri xəstəyə verilir, biri də bizdə qalırdı. Kamera altında işləyirdik”.

Növbəti proses yanvarın 11-də davam edəcək.

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib. Publika.az