bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobet

Uşağı quyuya kim atmışdı

Kəsdik kəndirini Məlikməmmədin,
Bizim kəndirimiz kəsilib daha.
Kəsilib, tarixə düşüb izləri.
Tarixdə həmişə öz əlimiznən
Özümüz böyütdük təpəgözləri”

(Səməd Qaraçöpün şeirindən)

****

Bir körpə quyudan ölü tapılmışdı Lənkəranda. Dərhal uşağın nənəsini tutub dama saldılar, dedilər arvad qız nəvəsinin olmasını istəmədiyi üçün qətl törədibdir. Qız uşaqlarına Qızbəs, Kifayət, Yetər adı qoyan uca millətimiz dərhal nənəni ictimai qınağa məruz qoydu, dedilər ay Allahsız, belə də iş olarmı sən törətmisən. Sözgəlişi, iki gün qabaq Qızbəsti adında bir qız Göygöl rayonunda traktorçu atasını sevgilisi ilə birləşib qanına qəltan eləmişdi. Sən demə ata traktoru ilə başqa rayona əkinə gedəcəkmiş, evin boş olduğunu görən qabiliyyətli qız sevgilisini qonaq çağırıbmış. Traktor isə yolda xarab olubdur, ata evə tez qayıdıb. Sonrasını da bilirsiniz – yuxarıda yazdım. Görün ata nə qədər uzaqgörən olubdur, 25 il qabaq (qızın bu qədər yaşı varmış) uşağa ad qoyanda dəqiq seçim edibdir.

Mövzudan kənarlaşmayaq. Yadımdan çıxmamış bunu da yazım: vaxtilə Lənkəran bölgəsi “Nənələr” ansamblı ilə tanınırdı. İndi gör necə “nənələr” ortaya çıxır… Bunun hamısı müstəqilliyimizin möhkəmlənməsi, iqtisadiyyatımızın güclənməsi ilə əlaqədardır. Axı iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Yenə mövzu qaldı…

Lənkərandakı nənənin körpəni qətlə yetirdiyi günlərdə bir əski (hər mənada) deputat da bəyanat yaymışdı. Deyirdi nənə uşağa qarşı xüsusi qəddarlıq edib ürəyinə iynə sancıb quyuya atıbdır. Halbuki, iki barmağı ilə burnunu tutsa, ya da ağzına yastıq bassa kifayət imiş. O zaman zəhmətkeşlərimiz ah-uf elədilər, hökuməti qınadılar ki, nə üçün belə qanacaqlı-qabiliyyətli tipi deputatlıqdan çıxardıblar. Bizə belə peşəkarlar lazımdır. Pis mənada yazmıram, axı bizim Carabao… lənət şeytana… Qarabağ dərdimiz vardır! Sabah düşmən əsgərini tutanda necə öldürməyi belə deputatlardan öyrənməyib kimdən öyrənəcəyik?

Ancaq indi başqa detallar ortaya çıxıb, deyirlər əslində uşağı nənə yox, uşağın əmisi arvadı öldürübdür. Əmi arvadı nənənin bacısı qızı olduğundan nənə günahı boyuna götürüb ki, arvad türməyə düşməsin. Xala ürəyi, necə deyərlər. (Bu ailənin timsalında “öz pomidorumuz, öz musiqimiz” reklamının yeri vardır. Azərbaycanlılar adətən belə – öz içlərində evlənməyə üstünlük verirlər. Qohum qohumla evlənəndə sağlam nəsil, uca millət, sevgili xalq, dözümlü vətəndaşlar yetişir).

Biz bu versiyaya inanıb dayanaqmı? Məncə tələsməyək. Birincisi, hüquq-mühafizə orqanlarımız hələ yekun rəyini verməlidir. O rəyə görə isə uşağın qatili hər hansı cəbhəçi, müsavatçı, jurnalist, xaricdən maliyyələşən qara qüvvə, daxildən haliyyələşən narkoman da ola bilər. Bizim hər birimizin o uşağın qətlində əlimiz ola bilər. Mənəvi baxımdan onsuz var. Fiziki versiya da sizə çox əlaqəsiz görünməsin. Bir müdrik adamın bu temada qızıl kimi sözləri var, məktəblərdə belə şeyləri keçmək lazımdır: “Şərin qalib gəlməsi üçün bircə şey yetərlidir – yaxşı adamların heç nə etməməsi”.

Əlbəttə, üzrlü sayın, bu isti havada xeyirdən-şərdən qırıldadıb qanınızı qaraldıram. Heç maraqlı tema deyildir. Bilmirəm bir maraqlı tendensiyaya diqqət eləmisinizmi: son zamanlar ölüm xəbəri çıxan, ancaq ölməyən azərbaycanlıların sayı yağışdan sonra göbələk kimi artır. Sanki bizdə bir manyak sadizm yaranıbdır, istəyirik başqaları ölsün, bunu yazaq, danışaq. Ölməyəndə fikirləşirik görəsən bu niyə ölmədi. Bax belə metafizik ölüm-qalım, həyat-axirət temalarının uşaq oyuncağına döndərildiyi, başqalarının sağlığının, sağlamlığının zarafat, mırt mövzusuna çevrildiyi ölkədə xeyir-şər teması açmağın nə mənası? Biz o boyda dünya nəhəngi Eynşteynin bütün zəhmətini “Əşşi, onsuz hər şey nisbidir, həyatını yaşa” formuluna çevirmiş toplumuq, bizdən nə gözləmək olar?

Hələ bu durumda bəziləri görürsən ərəb turistlərdən şikayətlənir. Deyir zibil atıblar, küçədə səs salıblar, nə bilim, arvadlara ilişiblər… Rəhmətliyin uşağı, bizim yanımıza Eynşteyn gələsi deyildi ki? Mollanın lətifəsi yadınıza gəlirmi? Kənd camaatı Molla Nəsrəddini Teymurləngin yanına şikayətə göndərir. Teymur buna ilişmək üçün deyir o boyda kənddə bir adam tapılmadımı səni göndərdilər? Molla deyir: “Adamı adam yanına göndərdilər, məni də sənin yanına”.