bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetper

“Azdrama”da premyera: qrip aktyorlar, dram əvəzinə tragikomediya – REPORTAJ

Akademik Milli Dram Teatrında (“Azdrama”) “Qətibə İnanc” tamaşasının premyerası olub.

“Report”un əməkdaşı tamaşadan reportaj hazırlayıb.

Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşada xalq artisti Bəsti Cəfərova, əməkdar artistlər Sabir Məmmədov, Ayşad Məmmədov, Mirzə Ağabəyli, Rüstəm Cəfərov, İlyas Əhmədov, Elnur Qədirov kimi aktyorlar rol alıb.

Tamaşada hadisələr Qızıl Arslanın hakimiyyəti dövründə cərəyan edir. Səhnə əsəri Qızıl Arslanın qardaşı, sui-qəsd ilə öldürülmüş Cahan Pəhləvanın xanımı Qətibə İnancın taxt-tac uğrunda gedən mübarizəsindən bəhs edir. Belə ki, cavanlıqda dahi şair Nizami Gəncəviyə aşiq olan və rədd cavabı alan Qətibə İnanc amansız, gözünü intiqam kor etmiş bir insana çevrilir.

Ana və qızı eyni rolda

Tamaşanın baş rol ifaçısı, xalq artisti Bəsti Cəfərovanın qızı Fidan Cəfərova anasının ifa etdiyi “Qətibə İnanc”ın gəncliyini oynayır. Əvvəla onu qeyd edək ki, bu, tamaşanın ən maraqlı səhnələrindən biri idi. Həmin səhnədə Qətibə İnanc öz daxili aləmi ilə üzləşir, gənclikdəki Qətibə ürəyi daşa dönmüş dul qadını öz bəd fikirlərindən daşındırmağa çalışır. Səhnənin maraqlı olmasına baxmayaraq, bir çox tamaşaçı Fidan Cəfərovanı bu rola yaraşdıra bilmədi… Gənc qız rolunu ifa edən Fidan Cəfərovaya nisbətən Bəsti Cəfərovanın daha incə, qıvraq hərəkətləri onun rolunu olduqca sönük göstərirdi. Xalq artistinin qızına bu rol sanki tamaşaçılara əzab olsun deyə tapşırılmışdı. Fidan Cəfərova komediya filmlərindəki “Ah Romeo Romeo, sən nə üçün Romeosan” deyən qızlara daha çox bənzəyirdi desək, yerinə düşər.

Qrip aktyorlar

Tamaşa başladıqda hər kəsin diqqətini çəkən Bəsti Cəfərovanın səsi oldu. Bir müddət sonra aktrisanın dəfələrlə burnunu çəkməsindən aydın oldu ki, o, möhkəm soyuqlayıb. Bununla yanaşı Hüsaməddin rolunun ifaçısı Rövşən Kərimduxtun da ixtiyarsız olaraq öskürməsi tamaşaçılarda belə təəssurat yaradırdı ki, sanki aktyorların hamısı qripdir.

Rola uyğun olmayan aktrisa

Xalq artistinin Bəsti Cəfərovanın bu rolu üzərinə götürməsi onun sanki hansısa aktrisa ilə rəqabətə girərək hegemonluğunu sübut etməyə çalışırmış kimi görünürdü. Tamaşanın əsas qəhrəmanı Qətibə İnanc gözəlliyi və incəliyi ilə kişilərin ağlını başından almağı bacarır. Ancaq xalq artistinin nə səsi, nə ifası, nə də fiziki quruluşu buna uyğun deyildi. Zalda bir neçə tamaşaçının bu rolun Amaliya Pənahova kimi aktrisaya yaraşdırdıqlarını eşitdik (təbii ki, indiki yaşında yox). Hətta belə bir bənzətmə də oldu: “Elə bil 4-cü sinif şagirdi ingilis dili öyrənib və indi danışmağa çalışır”.

Bəli, təəssüf ki, bu söz xalq artistinin rolunu tam izah edirdi. Bəsti xanım ifasında dəfələrlə səhvə yol verdi, hərəkətlərində isə heç bir ehtiras hiss olunmurdu. Sonda onun ölüm səhnəsi isə tam bir tragikomediya idi: aktrisa zəhəri içir və içdiyi su bəlkə də mədəsinə çatmamış yerə yıxılır. Komediya tamaşasını xatırladan bu səhnə isə tamaşaçıların çaşqınlığına səbəb oldu.

Tamaşada istifadə olunan dil

Tamaşada danışıqlar elə təəssürat yaradırdı ki, sanki 21-ci əsrdə ana balası ilə söhbət edir. Tamaşaçı olaraq qulağımız həmin əsrlərə aid sözlər də eşitmək istəyirdi. Amma əksinə, Bəsti xanımın tez-tez işlətdiyi “ürəyim” sözü hər dəfə gülüşə səbəb olurdu.

Bəsti Cəfərovanın ifasının güdazına gedən rollar

Əməkdar artist Ayşad Məmmədov ifa etdiyi Toğrul rolunun haqqını verdi desək yalan olmaz. Əsas rollardan biri olan Nizamini isə əməkdar artist Sabir Məmmədov oynayırdı. O, sanki bu rol üçün yaradılıbmış kimi ifa edirdi. Ancaq təəssüf ki, tamaşanın dili və Bəsti Cəfərovanın yaraşmayan ifası əsər barədə dram yox, tragikomediya təəsüratı yaradırdı.