Ombudsman Azərbaycanda insan hüquqlarının qorunmasından danışdı

Ölkəmizdəki ictimai-siyasi sabitlik insan hüquqlarının qorunmasına da əlverişli şərait yaradır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkli, ombudsman Elmira Süleymanova 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkəmizdə insan hüquqlarının qorunması prioritet sahə elan olunub. Qısa müddətdə Azərbaycanda insan hüquqları ilə əlaqədar bir çox sənədlər qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir