Bakı Mühəndislik Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Universitetdən AZƏRTAC–a bildirilib ki, rektor, professor Havar Məmmədov mərasimdə çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, istər Sovet İttifaqı dövründə, istərsə də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonrakı dövrlərdə Heydər Əliyev həyat və fəaliyyətini Azərbaycan xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr edib.

Rektor Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında misilsiz xidmətlərinin olduğunu bildirib, dahi rəhbərin səyi nəticəsində Ermənistanın təcavüzkar siyasəti ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını vurğulayıb. O, Heydər Əliyevin Azərbaycanın beynəlxalq əlaqələrinin də əsasını qoyduğunu deyərək, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Anım mərasimində ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir