“Fazil Məmmədovun 4-5 milyard dollar sərvəti var”- İLGİNC AÇIQLAMA

Fazil Məmmədov illərdir nazir işləyib, aparılan araşdırmaya görə 4-5 milyard dollar sərvəti var.

Manevr.az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, araşdırma aparmaq lazımdır ki, bu qədər pulu necə toplayıb: “Bu adamları elə-belə buraxmaq olmaz. Pullarını əllərindən almaq lazımdır. Yoxsa ölkəni qarışdırmaq üçün müxtəlif qüvvələrə pul paylayacaqlar. Bunların hamısı arvadlarını boşayır ki, sabah hər hansı bir hadisə baş verəndə, vardatlarının yarısı müsadirə olunmasın”.

MMP sədri onu da vurğulayıb ki, islahat sürətlənməli, “qocalar evi”nin üzvləri yola salınmalıdır:

“Onlar dövlət başçısına sadiq deyirlər. Bir narazılıq olan kimi əsas günahkar kimi prezidenti göstərirlər. Onlar millətə xəyanət edirlər. Yeni kadrlar gətirilməlidr, müasir komanda formalaşdırılmalıdır. Əsa ilə gəzənlərlə, kiflənmiş beyinlərlə, Hacıbala Abutalıbov kimiləri ilə hara getmək olar? 20 il nazir, komitə sədri, icra başçısı olmaq olar? Bütün bunlara görə Azərbaycan qınağa tuş gəlir. Nə yaxşı ki, İlham Əliyev kimi prezident var, ona görə də bizə hörmət edirlər. Hesab edirəm ki, hamımız Prezidentə bu islahat mübarizəsində dəstək verməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir