bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkom

Putindən ölkəmizə böyük jest – səfir məsələsində anlaşma

Kreml Bakının mövqeyi ilə razılaşdı; Rusiya yeni səfirlə bağlı Azərbaycanın mövqeyinə “hə” dedi; XİN başçısı Sergey Lavrovun “dili və qulağı” sayılan Mariya Zaxarova ölkəmizə başqa səfirin göndəriləcəyini bəyanladı; Doroxinin xələfi kim olacaq, erməni dairələrin körüklədiyi siyasi qalmaqal qapandımı?..

“Gələn ilə qədər Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşov icra edəcək”. Bunu “Report”a Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ölkəsinin Azərbaycana yeni səfir təyin etməsi ilə bağlı məsələyə şərh verərkən deyib.

“Hazırda Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə bir neçə namizəd nəzərdən keçirilir. Konkret seçimdən sonra diplomatın namizədliyi Dövlət Duması tərəfindən təsdiq edilməlidir. Bu ana qədər diplomatik və ya deputat korpusundan heç kimin namizədin adını açıqlamaq hüququ yoxdur”, – deyə Zaxarova bildirib.

*****

“Yeni Müsavat” xatırladır ki, bu il noyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Vladimir Doroxinin Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Vladimir Doroxin 9 il idi ki, bu vəzifədə çalışırdı.

Bunu da yada salaq ki, V. Doroxinin xələfi kimi öncə tanınmamış Abxaziyada (!) Rusiyanı təmsil eləmiş birinin adı hallanırdı. Rəsmi Bakı onun namizədliyinə neqativ yanaşandan sonra ardınca ikinci analoji cəhd oldu – bu dəfə ermənipərəst mövqeyi ilə seçilən Georgi Zuyevin namizədliyi verildi və hətta Rusiya Dövlət Dumasının komitəsində təsdiqləndi. Təbii ki, erməni kökənli xarici işlər naziri Sergey Lavrovun və onun rəhbəri olduğu qurumda yuva salmış ermənipərəstlərin birbaşa təşəbbüsü ilə. Gözlənildiyi kimi, Bakı ona da aqreman vermədi.

Bundan sonra belə rəylər səsləndi ki, Rusiya rəsmi Bakının bu münasibətini qıcıqla qarşılayacaq və hətta iki ölkə arasında diplomatik qalmaqal yaşana bilər – həm də Rusiya “boz kardinalı” Lavrovun hikkəsi əsasında. Ancaq göründüyü kimi, məsələdə rəsmi Moskvanın, konkret olaraq prezident Vladimir Putinin iradəsi keçərli olub: Kreml həssas dönəm yaşayan ikitərəfli münasibətləri erməni maraqları xətrinə gərginləşdirmək istəməyib və Zuyevin namizədliyindən də imtina edərək, geri çəkilməli olub.

Bunu Bakının Rusiya “boz kardinalı”na diplomatiya dərsi, bütövlükdə bu ölkədə rəsmi hakimiyyətə təsir gücünü saxlayan erməni çevrələrinə zərbə də adlandırmaq olar. Yeri gəlmişkən, bu ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyev həmkarı V.Putinlə Soçi görüşü zamanı Rusiyada, xüsusın də Rusiya Xarici İşlər Nazirliyində kök salmış ermənipərəst qüvvələrin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına əngəl yaratması, Qarabağ probleminin həllini sistemli şəkildə tormozlaması haqda onu xəbərdar eləmişdi, bu yöndə Kreml başçısını tədbirli olmağa çağırmışdı.

Söhbət əlbəttə ki, ən əvvəl Rusiyadakı erməni dairələrinin əsas liderlərindən və havadarlarından sayılan XİN başçısı Sergey Lavrovdan gedir. Məlumatlara görə, məhz bu səbəbdən Azərbaycan prezidenti Soçi görüşünün xarici işlər nazirlərinin olmadan keçirilməsində təkid edibki, Lavrovun destruktiv əməlləri barədə Putinlə arxayın şəkildə və sərbəst atmosferdə danışa bilsin.

*****

Bəs yeni səfir kim olacaq? Onun kimliyi hələlik naməlum olsa da, bir şey artıq məlumdur ki, o, Zuyev kimi birisi olmayacaq. Rusiyanın ölkəmizdəki yeni rəsmi təmsilçisi şəksiz ki, Azərbaycanla Rusiya arasında yeni etimad körpüləri yaratmalı, ən azından Doroxin dönəmindəkiləri saxlamalıdır, nəinki olan-qalan körpüləri yandırmaq. Düzdür, bu, çətin olacaq. Çünki Rusiyada, onun XİN-də həqiqətən Azərbaycana qarşı təşkilatlanmış, Rusiya-Azərbaycan əlaqələrini pozmağa yönəlik şəbəkə fəaliyyət göstərir. Rəsmi Bakının Zuyevlə bağlı pisliyini də bu şəbəkə çətin ki, unuda.

Ancaq Rusiyada Putin faktoru var – hansı ki, yeri gələndə erməni maraqlarını qulaqardı edə bilir. Təsadüfi deyil ki, rusiyalı tanınmış telejurnalist Vladimir Solovyov İlham Əliyevlə Bakı görüşünün təəssüratlarını bölüşərkən, Azərbaycan prezidentindən belə bir sitatına diqqət yönəltmişdi: “Putin bizi satmaz”. Yəni Azərbaycan rəhbərliyi Rusiya rəhbərliyinə, Lavrovun XİN-nə yox, konkret olaraq Putinə etibar edir.

“Rusiyada kiməsə elə gələ bilər ki, Azərbaycana yeni səfir təyinatı miflərlə yoğrulacaq və ən ciddi problem kimi şişirdilir. Xeyr. Siyasi xırdalıqlar sandığında eşələnmək Azərbaycan diplomatiyasının məşğuliyyəti deyil. Bu daha çox Lavrovşinanın nəsibidir – hansı ki, Kremlin həqiqi dostlarını düşmən qismində, Qərblə Rusiya arasında var-gəl edən dönükləri isə (AB ilə saziş imzalayan Serj Sərkisyan – red.) sadiq tərəfdaş qiyafəsində təqdim eləməklə oriyentirlərin içində azıb”. Bu fikir politoloq Tofiq Abbasovun səfir qalmaqalı ilə bağlı minval.az-a söylədiklərindəndir.

Politoloqun qənaətini bölüşməmək mümkünsüzdür. Gerçəkdən də, nə qədər ki, Kreml Lavrov kimilərin erməni “dudkası”na uyub korporativ erməni maraqlarının yedəyində gedəcək, Rusiya nəinki Azərbaycanda, bütövlükdə postsovet məkanında (Ermənistan xaric) olan-qalan etimadını da itirəcək.