Azərbaycan məhsulları Avropa bazarlarına sərbəst çıxış əldə edə bilər

Azərbaycan şirkətlərinin Bosniya və Herseqovinanın şirkətləri ilə əməkdaşlıq etməsi Azərbaycan məhsullarına Avropa ölkələrinin bazarlarına çıxış açacaq. Bunu Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

R.Məmmədovun sözlərinə görə, bu Bosniya və Herseqovinanın Avropa İttifaqı ilə azad ticarət haqqında razılaşmasının olması sayəsində mümkün ola bilər: “Biz də öz növbəmizdə Bosniya şirkətlərinə Azərbaycanla arasında azad ticarət haqqında razılaşma olan MDB ölkələrinin bazarlarına sərbəst çıxış təklif edə bilərik. Yəni söhbət qarşılıqlı marağından gedir”.

AZPROMO-nun rəbəri bildirib ki, iki ölkənin işgüzar dairələri geniş məsələlər dairəsi üzrə maraq göstərirlər: “İlk növbədə tikinti, ağır maşınqayırma, avtomobil istehsalı, kənd təsərrüfatı, qida, tekstil, mebel sənayesi və emal sənayesinin müxtəlif istiqamətləri üzrə. Yəni artıq bizim şirkətlərimizin ünsiyyət qurduğu bir sıra istiqamətlər var. Azərbaycanın kənd təsərrüfatı, aqrar sənaye, yeyinti məhsullarının emalı və istehsalı şirkətləri artıq Bosniya və Herseqovina bazarlarındadırlar. Bu, Bosniya və Herseqovina üçün, o cümlədən bizim üçün də ənənəvi sektordur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir