bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkom

Yunus Oğuz: “Reket” jurnalistlərin 80 faizi kənardan gələnlərdir”

“Reket” jurnalistlər və saytlar Azərbaycan mətbuatının “üz qara”sı, eyni zamanda ölkə jurnalistlərinə ləkədirlər”. Bunu “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Baş redaktorun sözlərinə görə, “reket” jurnalistlərlə mübarizə aparmaq üçün onlara sərt cəzalar tətbiq edilməlidir: “Artıq ictimai qınaq vasitələrindən uzaqlaşmaq lazımdır. “Reket” jurnalistlər müəyyən olduqdan dərhal sonra onlar qanun çərçivəsində cəzalandırılmalıdır. Cəzalar qanunda öz yerini tapmalıdır”.

Y.Oğuz qeyd edib ki, “reket” jurnalistlərə qarşı cərimədən tutmuş həbsə qədər cəza tətbiq edilə bilər: “Qanunda həbslə bağlı cəzalar olsa da, onlar bir daha nəzərdən keçirilməlidir. Bildiyiniz kimi hazırda ölkəmizdə rüşvət verib, aldığına görə bir neçə “reket” jurnalist həbsdədir. Lakin bunu daha da təkmilləşdirmək lazımdır. Belə ki, insanları təhqir edən jurnalist və saytlar, eləcə də sosial şəbəkə istifadəçiləri var ki, onların da “reket”çilik fəaliyyətinin qarşısını alınmalıdır”.

“Çox təəssüf ki, sosial şəbəkələrdə yazı yazanların bəziləri özlərini sosial jurnalistlər adlandırırlar. Halbuki onların yazılarına baxdıqda cümlələrinin tamamlanmadığı və heç bir qrammatik normalara uyğun olmadığını görmək mümkündür. Ən pisi isə həmin şəxslərin insanları təhqir, təhdid etməsidir”- deyə, baş redaktor qeyd edib.

Y. Oğuz əlavə edib ki, ümumiyyətlə, “reket” jurnalistlərin 80 faizi kənardan gələnlər, uzun müddət jurnalistika ilə məşğul olmayanlardır: “Çox təəssüf ki, bu hal sonradan dəbə düşdü və “reket” jurnalistlər heç nə etmədən, daha asan yolla pul qazanmaq yoluna üstünlük verməyə başladılar”.