bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetpercasibomcasibomcasibomcasibom

Zimbabvedə hakimiyyəti ələ keçirdilər – VİDEO

Zimbabvedə hərbçilər hakimiyyəti ələ keçirdiklərini deyirlər. Bu barədə dünən yerli ZBC telekanalının canlı yayımında açıqlama verilib. “Məqsədimiz prezident Robert Muqabeni devirmək yox, onun ətrafındakı cinayətkarların qanun qarşısında cavab vermələrini təmin etməkdir. Prezident indi tam təhlükəsizlikdədir”, – hərbçilər deyiblər.

Maliyyə naziri İqnatius Çombonu hərbçilər həbs ediblər. İ.Çombo ölkədə iqtidarda olan Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvər Cəbhənin (ZANU) fraksiyalarından birinin rəhbəridir. Dünən səhər saatlarında ölkə paytaxtı Hararenin küçələrində hərbi texnika peyda olub, atışma səsləri eşidilib. Atışma 93 yaşlı prezident Robert Muqabenin iqamətgahının qarşısında olub. Hərbçilərlə ölkə rəhbərliyi arasındakı münaqişənin səbəbi vitse-prezident Emmerson Mnanqaqvanın istefasıdır.

Noyabrın 13-də Zimbabve silahlı qüvvələrinin komandanı, ordu generalı Konstantino Çivenqa bəyan etmişdi ki, ZANU partiyasında həmfikirlərinin cəzalandırılmasına imkan verməyəcək. K.Çivenqa istefaya vadar edilmiş E.Mnanqaqvanın postuna prezident Muqabenin xanımı Qreys Muqabenin təyinatına etiraz etmişdi. Zimbabvedəki hərbçilər arasında çox nüfuzlu təşkilat sayılan Ordu Veteranları Cəmiyyətinin sədri Kris Musvanqa müraciət yayıb. O, Cənubi Afrikadakı ölkələri Zimbabve hərbçiləri ilə əməkdaşlığa dəvət edib. 93 yaşlı Robert Muqabe 1987-ci ildən bəri Zimbabve prezidentidir. Milli.Az CNN-ə istinadən xəbər verir.