bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbetting

AKADEMİK ŞAHBAZ MURADOV AAK-IN SƏDR ƏVƏZi VƏLİ HÜSEYNOVU NİYƏ İFŞA ETDİ?-1-CI HISSƏ-YENİLƏNİR

Əməkdar elm xadimi Şahbaz Muradov: “Siz bilməlisiniz ki: “Şah qanun deyil, qanun şahdır”; “Cidanı çuvalda gizlətmək olmaz”; Nə qədər çətin olsa da son anda xeyir şərə; mərd namərdə qalib gəlir. Çünki: “Haqq nazilər, amma üzülməz””
“Axı Siz öz şəxsi maraq və prinsiplərinizdən çıxış edərkən kimə və nəyə arxalanırsınız, dövlət başçımız İlham Əliyev cənablarının bəzi məmurlar haqqında dediyi kimi, Sizə bu statusu kim vermişdir?!”
…Vaxtilə akademik Azad Mirzəcanzadənin, akademik Arif Mehdiyevin sədri olduqları Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyasında bir ildən çoxdur ki, qalmaqallar səngimir. Niyə, nə baş verir? “Təzadlar” bu qalmaqalların səbəbləri barədə hələ ötən ay faktlara istinadən məlumat vermişdi. Məlum olurdu ki, bütün bunların başında Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın sədrinin səlahiyyətlərini icra edən Vəli Hüseynovun qanunsuz və əsassız hərəkətləri, “mənəm-mənəmli”yi dayanır və istintaq orqanları, ən azı Prezident Administrasiyası bunları araşdırıb hüquqi qiymət verməlidir. Əks halda, AAK-ın keçmiş nüfuzu birdəfəlik itiriləcək, bir ildir qalmaqallar yuvasına çevrilmiş AAK yerini ASAN Xidmətə verəcək… “ASAN Xidmət” sözünü iki mənada işlətdik. Birincisi, ASAN Xidmətdə hər şey asan həllediləndir, bu sırada AAK-da da bir müddətdir elmi müdafiələr “…çox asan həlledilir”, deyə bu elmi müdafiə işlərini də sonuncuya, ictimai inam və hörmət, etibar qazanmış bir qurumun ixtiyarına vermək zərurəti yaranır.
İkincisi, AAK-da elmi müdafiələr o qədər asan həll edilir, yoluna qoyulur ki, adama elə gəlir, AAK elə ASAN Xidmətin bir filialıdır!

Bəs AMEA-nın müxbir üzvü, tanınmış alim Şahbaz Muradovu Vəli Hüseynova “Açıq Məktub” yazmağa nə vadar etdi???

…Bəli, Vəli Hüseynov 2016-cı ildə Ali Attestasiya Komissiyasının sədr vəzifəsini icra edir… AAK-ın sədr əvəzi Vəli Hüseynov isə bu vəzifənin müvəqqəti icrasına başlayan kimi bu dövləti qurumdakı hansısa islahatları, AAK-a nüfuz gətirən hansısa hərəkətləri ilə deyil, AAK-ın məsul işçisi Lətifə Ələkbərzadəni təhqir etməsi, bundan qaynaqlanan qalmaqalları ilə yadda qalmaqdadır… Bu azmış kimi, Vəli Hüseynov tanınmış alim, AAK-ın nüfuzlu əməkdaşlarından olan professor Səadət Zeynalova ilə qalmaqallara da könül verdi… Hər iki hadisənin səsi Prezident Adminstrasiyasına qədər gedib çıxdı, amma…
Amma bu dəfə AAK-da baş verənlərə sərt etiraz tamamilə fərqli yerdən gəldi. Azərbaycanda obyektivliyi ilə tanınan, AMEA İctimai Elmlər Bölməsinin Büro və AMEA İqtisadiyyat İnstitutunun nəzdindəki D.01.181 Dissertasiya Şurasının üzvü, AMEA-nın müxbir üzvü, i.e.d., professor, “Şöhrət” ordenli, Əməkdar elm xadimi Şahbaz Musa oğlu Muradovun “Təzadlar”a göndərdiyi- Vəli Hüseynova “Açıq Məktub”u isə artıq bıçağın boğaza dirəndiyindən xəbər verirdi… Biz “Açıq Məktub”da yazılanlara, səmimi desək, əvvəlcə inanmadıq, sonra professor Ş.Muradovla eləcə AMEA-da görüşdük, yazılanlara birgə diqqət kəsildik, ondan həm də geniş müsahibə götürdük… Professor bizə əlavə olaraq onun Azərbaycanın 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevaya ünvanlı müraciətini də təqdim etdi. Bu isə, açıq desək, Azərbaycan elminin başında “dəlləklik” edənlərin iç üzünün açılmasında çox şeyin sonu deməkdir…
***
Beləliklə, aşağıda əvvəlcə AMEA-nın müxbir üzvü, i.e.d., professor, “Şöhrət” ordenli, Əməkdar elm xadimi Şahbaz Musa oğlu Muradovun Azərbaycan Respublikası Prezidenti yanında AAK-nn sədri vəzifəsini müvəqqəti icra edən AMEA-nın müxbir üzvü Vəli Hüseynova və AAK Rəyasət Heyətinin üzvlərinə “Açıq Məktub”unu təqdim edirik:
Hörmətli Vəli müəllim!
Hörmətli AAK Rəyasət Heyətinin üzvləri!

Öncə Sizi səmimi qəlbdən salamlayır və AAK-sı kimi mötəbər ali dövlət qurumunun sədri vəzifəsinin müvəqqəti icraçısı vəzifəsinin Sizə etibar edilməsi münasibətilə Sizi təbrik edirəm, arzu edirəm ki, bu vəzifə Sizin üçün davamlı olsun! Əlbəttə, bu Sizin həmin vəzifəni necə icra edəcəyinizdən, ölkəmizin Konstitusiyası və qanunlarının, habelə dövlətçilik mənafeyinin keşiyində necə dayanacağınızdan asılı olacaqdır. Yəqin ki, Siz dövlətimizin başçısı İlham Əliyev cənablarının son illərdə öz vəzifə borclarını yerinə yetirməyən neçə nazir və məmuru işdən qovmasından xəbərdarsınız. Ancaq çox təəssüflər olsun ki, ötən aylarda bəzi saytlarda yayımlanmış xəbərlərə görə son vaxtlar Siz də işinizdə müəyyən səhvlər etməyə başlamışsınız.
Hörmətli Vəli müəllim!
Siz bilməlisiniz ki: “Şah qanun deyil, qanun şahdır”; “Cidanı çuvalda gizlətmək olmaz”; “Ən böyük biclik, düzgünlükdür”. Nə qədər çətin olsa da son anda xeyir şərə; mərd namərdə qalib gəlir. Çünki: “Haqq nazilər, amma üzülməz”.
Mən həmişə çalışmışam, indi də çalışıram ki, haqqın, ədalətin yanında olum. Təsadüfi deyildir ki, Ulu öndərimiz Heydər Əliyev cənabları məni ədalətli adam adlandırmışdır. Ulu öndərimiz Heydər Əliyev cənabları “24” avqust 1995-ci ildə Prezident Sarayında Azərbaycan Respublikası Ali Sovetinə seçkilər üzrə mənim də üzvü olduğum Mərkəzi Seçki Komissiyasının üzvləri ilə (akademik Ramiz Mehdiyevin də iştirak etdiyi) görüşdə çıxış edərək demişdir ki: “1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycana rəhbərliyə göndərildikdən sonra gəlib burada mənim fəaliyyətimə qara yaxmağa başladığı vaxt Moskvada nəşr olunan “Voprosı gkonomiki” adlı çox nüfuzlu jurnalın 6-cı nömrəsində Şahbaz Muradovun məqaləsi çap edilmiş və həmin məqalədə mənim respublikadakı fəaliyyətim haqqında çox müsbət fikirlər yazmışdır. Görünür ki, ədalətli adamlar da var imiş”. 
Ulu öndərimiz Heydər Əliyev kimi dünyanın ən böyük şəxsiyyətlərindən və ədalətli adamlarından birinin dilindən bu sözləri eşitmək mənim üçün həm qürur mənbəyi və həm də böyük məsuliyyətdir. Ona görə mən çalışıram ki, Ulu öndərimizin mənə verdiyi bu qiyməti doğruldum və ona layiq olum! Ulu öndərimizin layiqli davamçısı İlham Əliyev cənabları da məni Azərbaycan elminin inkişafındakı xidmətlərimə görə “14” fevral 2014-cü il tarixli sərəncamı ilə “Şöhrət ordeni”; “03” noyabr 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar elm xadimi” kimi yüksək fəxri adla təltif etmişdir.
Bütün bunlar məndən atdığım hər bir addımımda ədalətli və vicdanlı olmağı tələb edir. Şüurlu həyatımın 56 ilini sərf etdiyim mənim üçün doğma olan AMEA və onun İqtisadiyyat İnstitutunun, habelə təmsil etdiyim iqtisad elminin şərəf və şöhrətinin qorunub saxlanmasını özümün müqəddəs borcum hesab edirəm. Ona görə də son illərdə AMEA İqtisadiyyat İnstitutunda, İqtisadiyyat Problemləri üzrə Elmi Şurada və sizin sədr əvəzi vəzifəsini müvəqqəti icra etdiyiniz Ali Attestasiya Komissiyasında iqtisad elminin inkişafına göstərilən bəzi ögey münasibətlər məni ciddi narahat edir və təmsil etdiyim bu elm sahəsində çalışan əsil iqtisadçı alimlərin ağsaqqallarından biri kimi həmin məsələlərə biganə qala bilmirəm.
Hörmətli Vəli müəllim!
Sizin Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən Azərbaycan Respublikası yanında AAK sədrinin müavini vəzifəsinə irəli çəkildiyiniz ilk vaxtlarda gəlib AMEA-da çıxışınızı eşitdikdən sonra çox sevindim və belə qənaətə gəldim ki, daha bundan sonra AAK-da bütün işlər öz axarınca gedəcək və heç bir problem yaranmayacaqdır. Ona görə mən çox böyük hörmət bəslədiyim və yenicə AMEA-nın vitse-prezidenti seçilmiş Ak. İsa Həbibbəyliyə dedim ki, bu alimin çox böyük gələcəyi var və biz hamımız gərək ona öz köməkliyimizi əsirgəməyək. Ak. İsa Həbibbəyli mənim haqlı olduğumu və mənimlə həmrəy olduğunu bildirdi. Sonralar isə arabir görüşlərimiz vaxtı bir-birimizə xoş münasibətdə olduğumuzu etiraf etdik.

“Axı Siz öz şəxsi maraq və prinsiplərinizdən çıxış edərkən kimə və nəyə arxalanırsınız, dövlət başçımız İlham Əliyev cənablarının bəzi məmurlar haqqında dediyi kimi, Sizə bu statusu kim vermişdir?!”
AKADEMİK ŞAHBAZ MURADOV AAK-IN SƏDR ƏVƏZi VƏLİ HÜSEYNOVU NİYƏ İFŞA ETDİ?-1-CI HISSƏ-YENİLƏNİR
Ancaq çox təəssüflər olsun ki, mənə çatan məlumatlara görə Siz bu yaxınlarda AAK Rəyasət Heyətinin iclaslarından birində məni uzaqda görüb özünüzün böyük hünər sahibi olduğunuzu nümayiş etdirərək ünvanıma tutduğunuz yüksək dövlət qulluqçusu vəzifəsinin etik davranış normaları ilə bir yerə sığmayan ifadələr işlədərək şərəf və ləyaqətimi aşağılatmış və barəmdə Rəyasət Heyətinin mötəbər üzvlərinə yalan məlumatlar vermisiniz. Axı Siz öz şəxsi maraq və prinsiplərinizdən çıxış edərkən kimə və nəyə arxalanır və dövlət başçımız İlham Əliyev cənablarının bəzi məmurlar haqqında dediyi kimi, Sizə bu statusu kim vermişdir?!
Hörmətli Vəli müəllim! 
Unutmamısınızsa, Siz hələ 2015-ci ilin oktyabr ayının ortalarında mənim əl telefonuma zəng edərək çalışdığım İqtisadiyyat İnstitutunun əməkdaşı Tahir Sərdarovun elmlər doktorluq dissertasiya müdafiəsi ilə bağlı ona köməklik göstərməyimi xahiş etdiniz. Mən isə Sizə bildirdim ki, onun işlərində ciddi problemlər var. Ancaq iş otağımdan kənarda olduğum üçün Sizə ətraflı məlumat verə bilmirəm, sonra zəngləşib danışarıq. Ancaq Sizin Tahir Sərdarov kimi bir adamı haradan və necə tanıdığınızı soruşa və onun hansı mənsəbə qulluq etdiyi barədə Sizə heç nə deyə bilmədim. Tahir Sərdarov 16.12.1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda prof. Mədəd Allahverdiyevin rəhbərlik etdiyi “Siyasi iqtisad” şöbəsində böyük laborant vəzifəsinə işə qəbul edilmiş və 31 dekabr 1987-ci ildən kiçik elmi işçi vəzifəsinə keçirilərək “03” mart 1989-cu ilədək həmin şöbədə işləmişdir. O, həmin illərdə i.e.d., prof. Mədəd Allahverdiyevin elmi rəhbərliyi ilə namizədlik dissertasiya işini yazıb tamamlamışdır. Ancaq o, 1989-cu ilin ortalarında, dələduzluq üstündə hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş və 13 il sonra, yəni 2002-ci ilin aprel ayının sonlarında, mən İnstitutun direktoru vəzifəsində çalışdığım vaxt mənim yanıma gəldi və başına gələn bütün hadisələri danışaraq etdiklərindən peşman olduğunu dedi və xahiş etdi ki, mən ona bir şans verib işə qəbul edim. Mən İnstitutumuzun ağsaqqallarından biri və məndən əvvəl direktor vəzifəsində işləmiş prof, Ağasəlim Ələsgərovla, rəhbərlik etdiyim şöbənin və İnstitutun bir qrup əməkdaşları ilə məsləhətləşib onu özümün rəhbərlik etdiyim “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsində “15” may 2002-ci il tarixli əmrimlə elmi işçi vəzifəsinə işə qəbul etdim və onun əvvəlki dissertasiya işinin üzərində işləməsi üçün hər cür şərait yaratdım və hətta onun elmi rəhbəri də oldum. O, şöbənin əməkdaşlarının da mənəvi köməkliyi ilə üç il ərzində namizədlik dissertasiya işini yenidən işləyib tamamladı və 2004-cü ilin sonlarında müdafiəyə təqdim etdi. Mən həmin vaxt İnstitutun direktoru olmaqla yanaşı həm də İnstitutun nəzdindəki D.01.181 doktorluq Dissertasiya Şurasının sədri idim və onun müdafiəsini “17” iyun 2005-ci il tarixə təyin etdim. Ancaq çox təəssüflər olsun ki, həmin müdafiəyə bir neçə gün qalmış ailə münaqişələri zəminində Tahir Sərdarovun həyat yoldaşı üç övladları ilə birlikdə mənim iş otağıma gəlib Tahir Sərdarov haqqında burada yazılması mümkün olmayan ifadələr işlətdi və qeyd etdi ki, mən bilirəm ki, həmin dissertasiya işini Tahirin özü deyil, başqaları yazıblar. Ona görə də tələb etdi ki, həmin müdafiəni təxirə salmasanız respublikanın bütün televiziya kanallarını buraya dəvət edəcəyəm. Mən onu bir qədər təmkinli olmağa və sakitləşdirməyə çalışdım və o zaman mənim qonşuluğumda yaşayan və həmin xanımın doğma qardaşı olan Vidadi müəllim də gəlib çıxdı. Xanımın dediklərini onun qardaşı Vidadi də təkrarladı. Mən sakitləşdirmək üçün onlara söz verdim ki, məsələni araşdırıb qərar qəbul edəcəyik. Sonra Tahir Sərdarovu yanıma çağırıb əhvalatı ona danışdım. O, isə bildirdi ki, xanımının psixikasında müəyyən problemlər var və ona görə də o, nə etdiyinin fərqində deyildir. Mən ona inanıb müdafiənin təxirə salınmasına ehtiyac görmədim. Səhərisi gün, yəni “17” iyun 2005-ci ildə gündüz saat 1400-da Dissertasiya Şurasının iclası başladı və məsələni Elmi Şuranın üzvlərinə danışdım. Onlar yekdilliklə müdafiənin keçirilməsinə səs verdilər. Dissertasiya Şurasının iclasının başlanmasından bir qədər keçmiş həmin xanım müdafiənin keçirildiyi iclas zalına (H.Cavid prospekti, 31. 2-ci mərtəbə) daxil oldu və səs-küy salmağa, bizi hədələməyə başladı. Ancaq Tahir Sərdarov xanımının qorxusundan müdafiəyə gəlməmiş və qaçıb gizlənmişdi. Beləliklə, həmin gün Tahir Sərdarovun dissertasiya müdafiəsi baş tutmamış qaldı. Ancaq bir ildən xeyli vaxt keçdikdən sonra, yəni 2006-cı ilin sentyabr ayında Tahir Sərdarov həyat yoldaşı tərəfindən yazılmış üzrxahlıq məktubunu mənə təqdim etdi. Həmin məktubda Tahir Sərdarovun həyat yoldaşı səhv etdiyini və onun müdafiəsinin təşkil edilməsini xahiş edirdi. Mən Dissertasiya Şurasının üzvlərini həmin məktubun məzmunu ilə tanış etdim və belə qərara gəlindi ki, yeni avtoreferat yazıb paylanması şərti ilə Tahir Sərdarovun dissertasiya işinin müdafiəsini təşkil edək. Onun müdafiəsi “24” XI. 2006-cı il tarixə təyin edildi. O, həmin tarixdə müdafiə etdi (Tahir Sərdarovun 2005-ci və 2006-cı illərdə çap edilmiş avtoreferatının üz vərəqlərinin surətləri məktuba əlavə edilir). Ancaq çox təəssüflər olsun ki, müdafiə etdikdən sonra keçmiş məhbus Tahir Sərdarovun əsil sifəti aşkara çıxdı. 2007-ci il ərzində həftələrlə onu işdə görmək mümkün olmurdu. Görəndə isə müxtəlif bəhanələr gətirərək özünə haqq qazandırmağa çalışırdı. Dəfələrlə onun qayınatası İnstituta gəlib onun harada olduğunu bizdən soruşur və onu tapmaqda ona yardımçı olmağımızı istəyirdi. Ancaq mən nəzərə alaraq ki, həbsdən çıxdıqdan sonra insanpərvərlik edib onu işə götürmüş, elmi rəhbəri olmuşam və onun həyat yoldaşı və üç övladı var, həm də cavan adamdır, Əmək kitabçasını korlamamaq üçün onu işdən qovmadım. Ancaq 2007-ci ilin sonunda onunla bağladığım əmək müqaviləsinin vaxtı bitdi və onunla yeni əmək müqaviləsi bağlamayıb işdən azad etdim. Ancaq Tahir Sərdarovun sonrakı hərəkətləri onu göstərdi ki, mən onun barəsində səhv etmişəm. Mən ona dayaq durduğuma, elmlər namizədi elmi dərəcəsi almasına köməklik etdiyimə görə çox peşmanam. O, 1 il işsiz qaldıqdan sonra ali məktəbdə onunla tələbə yoldaşı olmuş və məndən sonra İnstitutun direktoru vəzifəsində işləmiş i.e.d. İsa Alıyev onu yenidən İnstitutun “Strateji siyasi-iqtisadi tədqiqatlar və iqtisadi fikir tarixi” şöbəsinə böyük elmi işçi vəzifəsinə işə götürdü.
Hörmətli Vəli müəllim! 
Yadınızdadırsa “8” dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ak. Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində çap edilmiş: “İctimai və Humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsində yazmışdır ki: “Elm bir biznesə çevrilib və istənilən şəxs – dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur…Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri Elmi Şuralarda yekdilliklə dəstəkləyirlər”. 
Ancaq çox təəssüflər olsun ki, AMEA-nın rəhbərliyində təmsil olunan bəzi məmurların dəstəyi ilə “11” iyul 2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə gətirilmiş i.e.d. İsa Alıyev həmin vəzifənin icrasına başladığı ilk gündən nəinki ak. Ramiz Mehdiyev cənablarının yazdıqlarından nəticə çıxarmamış, hətta, ölkə Prezidentinin fərmanlarını; Nazirlər Kabinetinin qərarlarını, Akademiyanın və İnstitutun Nizamnamələrini, İqtisadiyyat üzrə Problem Şurasının əsasnaməsini və başqa hökumət sənədlərini kənara qoyub nədənsə tələm-tələsik İnstitutun dissertanturasına və aspiranturasına çoxlu sayda adamlar qəbul etməyə başladı.
AKADEMİK ŞAHBAZ MURADOV AAK-IN SƏDR ƏVƏZi VƏLİ HÜSEYNOVU NİYƏ İFŞA ETDİ?-1-CI HISSƏ-YENİLƏNİR
“2008-2010-cu illərdə İnstitutda elmi rəhbərlik etmək hüququ olan cəmi 6 nəfər elmlər doktoru çalışdığı halda təkcə İran İslam Respublikasından 81 nəfər şəxs dissertantlığa qəbul olunmuşdur…”

Niyyətini asanlıqla həyata keçirmək məqsədilə o, vəzifə səlahiyyətlərini aşaraq AMEA İctimai Elmlər Bölməsinin təqdimatı və AMEA Rəyasət Heyətinin qərarı olmadan qanuni yolla İnstitutun elmi katibi vəzifəsinə seçilmiş i.e.n. G.Nəsirovanı “21” avqust 2008-ci ildə tutduğu vəzifəsindən azad etmiş və AMEA Rəyasət Heyətinin qərarı olmadan onun yerinə i.e.n. R.Abullayevanı təyin etmişdir. İnstitutun direktor vəzifəsini icra etmiş i.e.d. İ.Alıyevin özü isə AMEA İctimai Elmlər Bölməsinin təqdimatı və AMEA Rəyasət Heyətinin qərarı olmadan özbaşına İnstitutun Elmi Şurasının sədri, i.e.n. R.Abdullayeva isə Elmi Şuranın elmi katibi vəzifəsini yerinə yetirmişlər. Halbuki, İnstitutun Elmi Şurasının yeni tərkibi və onun sədri AMEA Rəyasət Heyətinin “26” noyabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş; i.e.n. R.Abdullayeva isə İnstitutun elmi katibi vəzifəsinə seçilmədən həmin Elmi Şuranın elmi katibi kimi Elmi Şuranın tərkibinə daxil edilmişdir. Əslində isə i.e.n. R.Abdullayeva isə İnstitutun elmi katibi vəzifəsinə AMEA Rəyasət Heyətinin “05” dekabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Bu isə o deməkdir ki, i.e.d. İsa Alıyev “11” iyul 2008-ci il tarixdən “26” noyabr 2008-ci il tarixədək İnstitutun Elmi Şurasının sədri vəzifəsini; i.e.n. Rəsmiyyə Abdullayeva isə “21” avqust 2008-ci il tarixdən “05” dekabr 2008-ci il tarixədək İnstitutun və onun Elmi Şurasının elmi katibi vəzifəsini qeyri-qanuni yolla icra etmişlər. 
Göründüyü kimi “05” sentyabr 2008-ci ildən “25” noyabr 2008-ci il tarixədək onların İnstitutda həmin vəzifələri icra etmək üçün heç bir rəsmi səlahiyyətləri olmadığı halda həmin dövrdə ödənişli əsaslarla 46 nəfər İran İslam Respublikası və 16 nəfər Azərbaycan Respublikası vətəndaşlarını İnstitutun dissertanturasına, 11 nəfəri isə aspiranturaya qəbul etdirmişlər. Ümumiyyətlə götürüldükdə isə 2008-2010-cu illərdə İnstitutda elmi rəhbərlik etmək hüququ olan cəmi 6 nəfər elmlər doktoru çalışdığı halda təkcə İran İslam Respublikasından 81 nəfər şəxs dissertantlığa qəbul olunmuşdur. Onların 35 nəfəri təhsil haqlarını ödəyə bilmədiklərindən vaxtından əvvəl dissertanturadan azad edilmiş; 25 nəfərdən çoxu dissertasiya işlərini tamamlaya bilməmiş, bəziləri isə qonşu – düşmən ölkəyə üz tutmaq məcburiyyətində qalmışlar. Bunlardan əlavə, İnstitutun 2008-ci ilin “12” noyabr tarixdə keçirilmiş Elmi Şurasının “protokoluna (prot. №11)” elmlər doktorluğu hazırlığı proqramı üzrə dissertantların sırasına “Yeni Azərbaycan” qəzetinin baş mühasibi, i.e.n. Mürsəl İsmayılovun; Kooperasiya Universitetinin dosenti, i.e.n. Elsevər Kərimovun və həmin Universitetin “Ekologiya və coğrafiya” fakültəsinin dekanı, i.e.n. Fikrət Quliyevin və kadr potensialı AMEA-nın İqtisadiyyat İnstitutundan qat-qat çox olan ADİU-nun “Vergi və vergiqoyma” kafedrasının dosenti, i.e.n. İmran Rzayev və coğrafiya müəllimi T.Süleymanovun elmlər doktorluğu üzrə dissertasiya mövzularının adları daxil edilmişdir. Ancaq qeyd edilən dövrdə İnstitutda həmin Elmi Şuraların keçirilib-keçirilmədiyi də məlum deyildir. Ona görə ki, əvvəla, həmin dövrdə və ondan əvvəlki vaxtlarda Elmi Şuranın iclaslarının keçirilməsini və bu iclaslarda Elmi Şuranın üzvlərinin iştirak edib-etmədiklərini təsdiq edən qeydiyyat jurnalı ortada yoxdur və soruşanda ki, həmin jurnal haradadır, cavab bu olur ki, vaxtı keçdiyi üçün həmin jurnal ləğv edilmişdir. Ancaq bu jurnal ləğv edilə bilməz və o İnstitutun arxivində rəsmi sənəd kimi saxlanılmalıdır.Əgər müəyyən səbəbdən ləğv edilmişdirsə onda gərək İnstitutun direktorunun əmri ilə komissiya yaradılmalı və akt tərtib edilib protokollaşdırılmalı idi.
İkincisi, burada şübhə doğuran ən təəccüblü cəhət isə odur ki, Elmi Şuraların iclaslarında həmin məsələlər müzakirə edilərək həmişə Elmi Şuranın cəmi 4 nəfər üzvü – İnstitutun direktoru İsa Alıyev, onun müavini Allahyar Muradov, elmi dərəcəsi olmayan Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa və mərhum prof. Ağasəlim Ələsgərov çıxış etmişlər. Belə çıxır ki, Elmi Şuranın iclaslarında onlardan başqa heç kəs iştirak etməmişdir?! Bu absurddur! 
Bütün bunlar onu deməyə əsas verir ki, çox güman ki, həmin protokolların tərtib edilməsində saxtakarlığa yol verilmiş və onlar sonralar yazılmışdır. Təsadüfi deyildir ki, kənar təşkilatlardan olan və dissertant kimi İnstitutun doktoranturasına qəbul edilmədən dissertasiya mövzularının adları İnstitutun Elmi Şurasının protokollarına daxil edilmiş Mürsəl İsmayılov, Elsəvər Kərimov, Fikrət Qacıyev, T.Süleymanov və İmran Rzayev cənablarının adları İnstitutun direktorunun imzası ilə təsdiq edilmiş dissertantların siyahısına daxil edilməyib və onları İnstitutun heç bir şöbəsinə təhkim etməmişlər. (2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun dissertanturasına qəbul edilmiş şəxslərin siyahısı məktuba əlavə edilir – 3 səhifə).
Burada onu da qeyd etmək lazımdır ki, əvvəla, Ali Attestasiya Komissiyası haqqında Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “5” iyun 2008-ci il tarixdə imzaladığı 769 nömrəli müvafiq fərmanında deyilir ki: “Dissertasiyaların mövzuları bir qayda olaraq, müvafiq elm sahələri üzrə kadr hazırlamaq səlahiyyətinə malik (aspiranturası və doktoranturası olan) elmi müəssisələrin və ali məktəblərin əsas elmi tədqiqat işlərinin istiqamətlərinə, habelə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının müəyyən etdiyi istiqamətlərə uyğun olmalıdır” (Maddə 2.5.12); ikincisi, Respublika Elmi Tədqiqatların təşkili və əlaqələndirilməsi Şurasının qəbul etdiyi “Elmin istiqamətləri üzrə Problem Şuraları haqqında əsasnamənin” 2.1.14-cü bəndində isə deyilir ki: “Mövzular müvafiq Problem Şuralarında müzakirə olunaraq qeydiyyata alındıqdan sonra elmi-tədqiqat və ali təhsil müəssisələrinin Elmi Şuralarında təsdiq oluna və işlənə bilər”. 

“İsa Alıyev AMEA-nın Rəyasət Heyətində və Ali Attestasiya Komissiyasında onunla həmfikir olan yüksək vəzifəli məmurların onun saxtakarlıqlarını ört-basdır edəcəyinə arxayın olub 2009-2010-cu illərdə 28 nəfər İran və Azərbaycan vətəndaşlarını İnstitutun mövcud olmayan dissertanturası və doktoranturasına “qəbul etdirmişdir”…”

Ancaq çox təəssüflər olsun ki, AMEA İqtisadiyyat İnstitutunun keçmiş direktoru prof. İsa Alıyev bu qaydaların heç birinə əməl etməmiş və yuxarıda adları çəkilən və çəkilməyən neçə-neçə şəxsin İnstitutun dissertantı və doktorantı olmaları haqqında nə İnstitutun özünün, nə Humanitar və İctimai Elmlər Bölməsini və nə də AMEA-nın Rəyasət Heyətini, habelə İqtisadiyyat Problemləri üzrə Əlaqələndirmə Şurasının qərarı olmadan onların dissertasiya mövzuları İnstitutun Elmi Şurasında təsdiq edilmişdir. Acınacaqlı haldır ki, Respublikanın Nazirlər Kabineti tərəfindən 2009-2010-cu illərdə aspiranturaya, doktoranturaya və dissertanturaya qəbulun dayandırılmasına və ölkəmizin bütün elmi tədqiqat və ali təhsil müəssisələrində, o cümlədən də AMEA-nın bütün İnstitutlarında Nazirlər Kabinetinin bu qərarına əməl edildiyi halda, nədəndirsə təkcə AMEA İqtisadiyyat İnstitutunun keçmiş direktoru prof. İsa Alıyev AMEA-nın Rəyasət Heyətində və Ali Attestasiya Komissiyasında onunla həmfikir olan yüksək vəzifəli məmurların onun saxtakarlıqlarını ört-basdır edəcəyinə arxayın olub respublika hökumətinin qərarını qulaq ardına vurub 2009-2010-cu illərdə 28 nəfər İran İslam Respublikası və Azərbaycan Respublikası vətəndaşlarını İnstitutun mövcud olmayan dissertanturası və doktoranturasına “qəbul etdirmişdir”. Bunların sırasında AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları i.e.n Tahir Sərdarov (“2” dekabr 2009-cu ildə); i.e.n. Aqil Əsədov (“29” may 2009-cu ildə); i.e.n. E.Məmmədzadə (“29” may 2009-cu ildə); kənar təşkilatlardan Akif Kərimov (“28” sentyabr 2009-cu il); hazırda cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmiş keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri i.e.n. Vidadi Zeynalov və başqalarının adları vardır. Bütün bunlar AMEA İqtisadiyyat İnstitutunda başqa qanunsuzluqlara da yol verildiyini istisna etmir. 
Bu deyilənlərin isə, əlbəttə ki, saxtakarlıqdan başqa adı yoxdur. Ancaq, ola bilməz ki, i.e.d., prof. İsa Alıyev və onu AMEA-nın və AAK-nın rəhbərliyində dəstəkləyən məmurlar Respublikamızın Prezidenti İlham Əliyev cənablarının “5” iyun 2008-ci ildə AAK-sı haqqında imzaladığı fərmanın 54-cü bəndində deyilən: “…attestasiya işindəki sənədlərin saxtalaşdırılması aşkar olunduqda alimlik dərəcəsi və elmi ad verilmiş şəxslər alimlik dərəcəsindən və (və ya) elmi adından məhrum edilə bilərlər” – qaydadan xəbərsiz olsunlar.
İ.e.d., prof. İsa Alıyevin saxtakarlıqları təkcə yuxarıda deyilənlərlə bitmir. Bu saxtakarlıqların bəziləri haqqında mən hələ 25.05.2012-ci il tarixdə AAK-nın sədri, mərhum ak. A.Ş.Mehtiyevə göndərdiyim təhriri məruzədə yazmışdım. Həmin məktubda mən eyni zamanda qeyd etmişdim ki, prof. İsa Alıyev müxtəlif ixtisas şifrələrindən olan 27 nəfərin namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəridir. Həmin vaxt mənim təhriri məruzəm əsas götürülərək AAK-nın sədri ak. A.Ş.Mehtiyevin sədrliyi ilə keçirilmiş AAK Rəyasət Heyətinin iclasında İqtisadiyyat İnstitutunda fəaliyyət göstərmiş doktorluq dissertasiya üzrə Dissertasiya Şurasının fəaliyyəti 2012-ci ilin iyun ayından dayandırıldı. Ancaq AMEA Rəyasət Heyətində və AAK-da prof. İsa Alıyevi dəstəkləyən və hamının tanıdığı bəzi məmurların köməkliyi ilə bu İnstitutda AAK-nın “29” mart 2013-cü il tarixli qərarı ilə yeni Dissertasiya Şurası (ancaq bu dəfə namizədlik dissertasiyası üzrə) yaradılmış və həmin saxtakar i.e.d. İsa Alıyev yenidən onun sədri vəzifəsinə təyin edilmişdir. O, isə yenə də öz saxtakarlığından əl çəkməmişdir. Paradoksal haldır ki, bu saxtakarlığı o, elə həmin gündən, yəni AAK-sı İnstitutun Dissertasiya Şurasını yenidən təsdiq etdiyi “29” mart 2013-cü il tarixdən etməyə başlamışdır. Belə ki, görünür kimlərsə AAK-dan ona əvvəlcədən xəbər vermişlər ki, həmin gün AAK-nın Rəyasət Heyətinin iclasında İnstitutun Dissertasiya Şurası təsdiq ediləcəkdir. Hələ AAK-nın iclasının başlanmasına bir neçə saat vaxt qalmasına baxmayaraq o, “29” mart 2013-cü il tarixdə gündüz saat 1400-da təcili surətdə Dissertasiya Şurasının iclasını çağırmış və həmin iclasda özünün elmi rəhbəri olduğu bir nəfər də daxil olmaqla 4 nəfərin dissertasiya işinin rəsmi opponentlərini təsdiq etdirmiş və onlardan ikisinin (birinin elmi rəhbəri özü olmaqla) müdafiə gününü – “26” aprel 2013-cü il tarixə təyin etdirmişdir. Bunların biri onun öz dissertantı Anar Əli oğlu Rza və Elmar Süleyman oğlu Məmmədovdur. Ən təəccüblüsü həm də odur ki, onların avtoreferatları hələ də Dissertasiya Şurası AAK-da təsdiq edilməmişdən 10 gün əvvəl, yəni “19” mart 2013-cü ildə paylanmışdır. (Avtoreferatların üst qabığının surəti məktuba əlavə edilir). İ.e.d. İsa Alıyevin İqtisadiyyat İnstitutunun direktoru olduğu 5 il ərzində onun Elmi Şurasında, Dissertasiya Şurasında və Elmi Seminarında o qədər nöqsanlara yol verilmişdir ki, onları saymaqla qurtarmaq olmaz. Ancaq nədənsə bütün bunlara nə AMEA-nın Rəyasət Heyəti və nə də AAK-sı tərəfindən lazımi nəzarət edilməmiş və ona güldən ağır söz deyən tapılmamışdır. Belə olmasaydı bu Dissertasiya Şurasında, hətta, onun fəaliyyəti dayandırıldıqdan sonralar da neçə-neçə Birdəfəlik Dissertasiya Şuraları yaradılmaqla ardı-arası kəsilmədən nəinki namizədlik, hətta, “doktorluq” dissertasiya işləri müdafiə edilməzdi! Əlbəttə, bütün bunlar səbəbsiz deyildir və heç şübhəsiz ki, AAK-da i.e.d. İsa Alıyevlə həmfikir olan səlahiyyət sahiblərinin köməkliyi ilə həyata keçirilmişdir.

“Necə ola bilər ki, AAK-da iqtisad elmləri namizədləri Tahir Sərdarov, Aqil Əsədov və Elsevər Kərimovun şəxsi işləri ilə tanış olduqdan sonra yuxarıda qeyd edilən saxtakarlıqların heç birini görməmişlər?!”

Hörmətli Vəli müəllim! 
Məhz bütün bunlardan xəbərdar olmağınız və səhvə yol verməməyiniz üçün Sizə köməklik etmək məqsədilə “20” XI.2015-ci il tarixdə, qəlbən hörmət etdiyim bir həmkarım kimi qeyri-rəsmi məktub yazıb Sizə göndərdim (həmin məktubun surətini bir daha Sizə göndərirəm). Həmin Sizə göndərdiyim həmin məktubumda mən İqtisadiyyat üzrə Problem Şurasının sədri kimi AMEA prezidenti və RETƏŞ-nın sədri cənab ak. A.A.Əlizadəyə AMEA İqtisadiyyat İnstitutunun direktoru i.e.d. İsa Alıyevin 2008-2010-cu illərdə İnstitutun aspiranturası, doktoranturası və dissertanturasına qəbul vaxtı yol verdiyi ciddi nöqsanlar və törətdiyi saxtakarlıqlar barəsində təqdim etdiyim “31” may 2013-cü il tarixli təhriri məruzəmin və bu təhriri məruzəmə 1 il 1 ay keçdikdən sonra AMEA-nın vitse-prezidenti ak. İsa Həbibbəylinin “20” iyun 2014-cü ildə mənə göndərdiyi cavab məktubunun, həmçinin “05” may 2015-ci və “17” sentyabr 2015-ci il tarixlərdə AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifəsini icra etmiş prof. N.Müzəffərliyə (İmanova) 2009-cu ildə İqtisadiyyat İnstitutunun əməkdaşları Tahir Sərdarov və Aqil Əsədovun, 2008-ci ildə isə Kooperasiya Universitetinin dosenti Elsevər Kərimovun saxta yollarla İnstitutun dissertanturasına “qəbul edilmələri” haqqında təqdim etdiyim və bu günədək cavabsız qalmış təhriri məruzələrimin surətlərini də əlavə etdim ki, həmin işlərdən xəbərdar olasınız və səhvə yol verməyəsiniz.
Necə ola bilər ki, AAK-da iqtisad elmləri namizədləri Tahir Sərdarov, Aqil Əsədov və Elsevər Kərimovun şəxsi işləri ilə tanış olduqdan sonra yuxarıda qeyd edilən saxtakarlıqların heç birini görməmişlər?! Məgər həmin şəxslərin AAK-na təqdim edilmiş sənədlərindəki bu qədər təkzib olunmaz və sübuta da ehtiyacı olmayan saxtakarlıqlarını necə görməmək olar?! Əgər bu saxtakarlıqları görüb göz yummuşlarsa, deməli, səbəbsiz deyil və Siz də buna cavab verməli olacaqsınız!!!
Hörmətli Vəli müəllim! Bu il aprel ayının sonlarında BDU-nun nəzdindəki F.D.02.018 Birləşdirilmiş Dissertasiya Şurasının sədri cənab i.e.d., prof. Hacıağa Rüstəmbəyov mənim iş otağıma gələrək bildirdi ki, AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları Tahir Sərdarovun və Aqil Əsədovun elmlər doktorluq dissertasiya işlərinin müdafiəsini təşkil etmək üçün AAK-sı onun sədrlik etdiyi Dissertasiya Şurasına göndərmişdir. Prof. H.Rüstəmbəyovun özü də həmin işlərin müdafiəyə təqdim edilməsi sahəsində yol verilmiş saxtakarlıqlardan yaxşı xəbərdar olduğu və onun özünün də bu sahədə mütəxəssis olmaya-olmaya onlardan birinin – Tahir Sərdarovun dissertasiya işinə müsbət rəy verdiyini və mənim həmin şəxslərin dissertantlığa qəbulundan tutmuş müzakirə edilib AAK-na təqdim edilməsinə və AAK-da həmin işlərdə yol verilmiş saxtakarlıqlara göz yumulmasınadək olan məsələlərə mənfi münasibətdə olduğumu və bu barədə ölkənin Birinci vitse-Prezidentinədək məlumat verdiyimdən xəbərdar olduğu üçün məndən bir həmkarı kimi məsləhət almaq istəyirdi ki, necə hərəkət etsin! Mən ona məsləhət bildim ki, həmin şəxslərin şəxsi işlərindəki sənədlərdə yol verilmiş saxtakarlıqlarla ətraflı tanış olsun və guya AAK-da həmin saxtakarlıqların “gözdən qaçdığını” bildirərək AAK-na geri qaytarsın. Əks halda Siz də bu saxtakarlığın iştirakçısı hesab ediləcəksiniz. O, məndən xahiş etdi ki, bu sahədə böyük təcrübəsi olan bir elm xadimi kimi həmin saxtakarlıqların nədən ibarət olması haqqında BDU-nun rəhbərliyinə rəsmi məlumat verim. Mən ak. Abel Məhərrəmovla görüşüb, əhvalatı ona danışdım və bildirdim ki, həmin məsələ barəsində ona özümün şəxsi mülahizələrimi yazıb göndərəcəyəm. Ancaq qərar vermək Sizin öz işinizdir.

“Hörmətli Vəli müəllim! Görünür ki, Siz məni yaxşı tanımırsınız. Belə davam eləsə, deyəsən, mən öz sözümü əvvəlcə mətbuatda, sonra isə məhkəmədə deyəsi olacağam… Professor Hacıağa Rüstəmbəyov mənə bildirdi ki, dediklərinizin hamısı düzdür, ancaq AAK-dan onlara təzyiq edilir…”

Belə də etdim. Mən “11” may 2017-ci il tarixdə çox hörmət bəslədiyim BDU-nun rektoru cənab ak. Abel Məhərrəmova 15 səhifədən ibarət məktubla müraciət etdim və həmin məktubun surətini AAK sədrinin səlahiyyətlərini icra edən rəhbər kimi Sizə göndərdim. (Həmin məktub “30” may 2017-ci ildə AAK-na daxil olmuşdur). Bu məktubda göstərilən təkzibolunmaz saxtakarlıq faktlarla və qeyd edilən şəxslərin şəxsi işlərindəki həmin faktları tutuşdurduqdan sonra prof. Hacıağa Rüstəmbəyov mənə bildirdi ki, dediklərinizin hamısı düzdür. Ancaq AAK-dan onlara təzyiq edilir, guya onlar bu barədə Sizinlə danışıblar. Ancaq Siz qəti surətdə bildirmişsiniz ki, guya həmin faktlarla Siz tanış olmuşsunuz, hətta həmin faktları yoxlamısınız və hər şeyin qaydada olduğunu bildirərək tələb etmişsiniz ki, Siz sənədləri deyil, dissertasiyanı müzakirə edin və həmin işlərin “növbədən və limitdən kənar” müdafiəsini təşkil edin. Qoy, prof. Şahbaz Muradov gəlib öz sözünü Elmi Şurada desin!
Hörmətli Vəli müəllim!
Görünür ki, Siz məni yaxşı tanımırsınız. Belə davam eləsə, deyəsən, mən öz sözümü əvvəlcə mətbuatda, sonra isə məhkəmədə deyəsi olacağam. Saxtakarlığı bir yana qoysaq o dissertantlığa, heç namizədlik işinə də yaramır. Bunu sübut etməyə vaxtımız çoxdur. Bunu AAK-da həmin işlərin təsdiqindən sonra da etmək olar, tələsməyin! Axı, Siz nə üçün haqqı tapdayıb, nahaqqı tutursunuz?! Axı, Siz nə üçün Tahir Sərdarovun, Aqil Əsədovun və Elsevər Kərimovun şəxsi işlərində onların AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən dissertantlığa qəbul olmaları və AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi və Rəyasət Heyəti tərəfindən təsdiq edilməsi haqqında qərarın olmadığını; dissertasiya mövzularının onların “dissertanturaya qəbul edildikləri” vaxtda deyil, həmin vaxtdan 6-7 il sonra, yəni onların “dissertantlıq” müddəti qurtardıqdan 1-2 il sonra, Tahir Sərdarovun dissertasiya işi birinci dəfə 2014-cü ildə AAK-da baxılıb mənfi rəylə həmin ilin “09” sentyabrında İqtisadiyyat İnstitutuna qaytarıldıqdan və ikinci dəfə əvvəlkindən fərqli olmuş mövzuda İnstitutun şöbələrində müzakirəyə çıxarıldığı “21” iyun 2015-ci ildən təqribən 1 ay 20 gün əvvəl, yəni “21” aprel 2015-ci ildə; Aqil Əsədovun dissertasiya mövzusu onun İnstitutun şöbələrində müzakirə edildiyi “08” may 2015-ci il tarixdən 18 gün əvvəl, yəni “21” aprel 2015-ci ildə; Elsevər Kərimovun dissertasiya mövzusu isə onun bütün mərhələlərdən, yəni İnstitutun şöbələrinin müzakirəsindən, AAK-dan və İnstitutun Elmi Seminarının müzakirəsindən keçdiyi “01” may 2014-cü ildən 1 il 10 gün keçdikdən sonra – “21” may 2015-ci il tarixdə İqtisadiyyat Problemləri üzrə Elmi Şurasında AAK Rəyasət Heyətinin üzvü, AMEA-nın müxbir üzvü A.Musayevin sədrliyi ilə keçirilmiş iclasda baxılıb qeydə alınması kimi saxtakarlıqları görmək istəmirsiniz? Bunu necə başa düşmək olar? 
Siz bilmirsinizmi ki, dissertasiya mövzuları onun müəllifləri dissertanturaya, doktoranturaya qəbul edildikləri vaxt baxılıb qeydə alınır, işlənib qurtardıqdan sonra yox?! Bu boyda saxtakarlıqları Siz necə görməyə bilərsiniz?! Bunun məsuliyyətindən necə qaça bilərsiniz?!
(Davamı var)
Redaksiyadan: “Açıq Məktub”da adı çəkilən hər kəsi dinləməyə hazırıq.
“Təzadlar”ın Araşdırma Qrupu