Səudiyyə Ərəbistanında həbslər başlayıb

Yəmənə raket hücumundan sonra, Səudiyyə Ərəbistanında həbs dalğası başlayıb. Ölkənin ən böyük bankı Əl-Rajhinin sahibi və dünyanın ən varlı 37 adamı arasında olan Süleyman ibn Abdul Əl Rajhi həbs edilib.

Əl Rajhidən öncə həbs edilən onlarla şahzadə və məşhur iş adamları paytaxt Riyaddakı “Ritz-Carlton” adlı bir lüks hoteldə saxlanılır. Hotel hazırda gücləndirilimiş təhlükəsizlik tədbirləri altında fəaliyyət göstərir. Lakin hotelə bütün onlayn sifarişlər ləğv edilib. Hoteldə boş otaq olmadığı bəhanəsilə heç kim içəri buraxılmır.

Qeyd edək ki, hoteldə son olaraq ABŞ Prezidenti Donald Tramp qeydiyyatdan keçib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir