“Onlar cinayətkarlardır və bir-bir məhv edilirlər” – Peskov

Rusiyanı tərk edərək İŞİD sıralarında döyüşənlər cinayətkarlardır və məhv edilirlər.  Bu açıqlama ilə Kremlin mətbuat katibi Dmitri Peskov çıxış edib. “Təbii olaraq terrorçulara və terror fəaliyyətinə aidiyyəti olanlar, Suriya Ərəb Respublikasına qarşı əlində silah döyüşənlər, özü də bu silahı Rusiya hərbçilərinə qarşı istifadə edənlər – cinayətkarlardır, onlar məhv edilirlər. Bu barədə Müdafiə Nazirliyi hər gün məlumat verir” – Peskov belə deyib. Putinin mətbuat katibi İŞİD tərəfdə döyüşən rusiyalılar haqda açıqlanan hesabatın doğruluğuna şübhə etdiyini bildirib.

Qeyd edək ki, ABŞ-ın “Soufan Group” şirkəti İŞİD sıralarına ən çox döyüşçü göndərən ölkənin Rusiya olduğunu, onların tərəfində 3417 Rusiya vətəndaşının döyüşdüyünü bildirmişdi. Avropa.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir