Mehriban Xanlarova hədiyyələrdən imtina etdi

“Maşın şou”nun finalına əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova iştirak etmədi.

Aktrisa yeniçağ.az-a səbəbi belə açıqlayıb:

“Ürəyim istəmədi, getmədim. Mən əvvəlki “Maşın şou”nun da final mərhələsinə qatılmamışdım. Şou zamanı çox streslər keçirtdim və sağlamlığıma ziyan vurdum. Fikirləşdim ki, birdən gedərəm, kimsə nəsə deyər. Yenidən əsəblərim tarıma çəkilər. Qaldı ki, qalibə, əvvəldən bilirdim ki, qalib Talıb olacaq. Çünki mənim intuisiyam çox güclüdür və bunu hiss edirdim”.

Mehriban Xanlarova ona verilən hədiyyələrdən də imtina edib: “Onları götürməyəcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir