“Lotu Quli” təcili Türkiyəyə getdi

Bu gün gözlənilmədən həbsdən azad olunan “Lotu Quli” ləqəbli kriminal general Nadir Səlifov Azərbaycanı tərk edib.
BakuPost.az xəbər verir ki, o, təcili olaraq Türkiyəyə uçub və orada öz tərəfdarları ilə görüşüb. Xəbərdə bildirilir ki, “Lotu Quli”nin Türkiyəyə getməsi bu ölkədə fəaliyyət göstərən kriminal aləmin nümayəndələri arasında böyük təşviş yaradıb. Onunla düşmən mövqedə olan bəzi avtoritetlər qardaş ölkəni tərk edib.
Yeri gəlmişkən, “Lotu Quli”nin Azərbaycanı tərk etməsi və Türkiyədə artıq bəzi tərəfdarları ilə görüşməsi xəbəri deməyə əsas verir ki, onun həbsdən azad olunmasıyla bağlı məlumat bu gün yayılsa da, hadisə bir neçə gün əvvəl baş verib.
Qeyd edək ki, nüfuzlu azərbaycanlı avtoritetlər Rusiyadan sonra əsasən Türkiyədə məskunlaşıblar. Xatırlatmaq yerinə düşər ki, məşhur qanuni oğru Rövşən Lənkəranski də son illərdə Türkiyədə yaşayırdı və orada qətlə yetirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir