Deputatlığa namizəd güllələndi

Marneuli rayonunun azərbaycanlıların kompakt yaşadığı Qızılhacılı kəndində “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar qaydada deputatlığa namizədliyi irəli sürülən Ceyhun Çovdarov güllələnib.

Onun dostları – Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov, eləcə də kənd sakini Elmar Hüseynov güllə yarası alıblar.

Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib. Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralanan şəxslərdən Ceyhun Çovdarov və Vüqar Bayramovun vəziyyəti orta ağırdır.

Gecə saatlarında Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və cinayətkarların təcili tapılaraq istintaqa cəlb olunması barədə tapşırıqlar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir