bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetper

Azərbaycan KİV-lərin sayına görə, MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur

 

Azərbaycanda bütün azadlıqlar təmin edilir, ölkəmizdə siyasi fəaliyyət, ifadə, mətbuat azadlığı var. Bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Azərbaycanda azadlıqların təmin olunması ilə bağlı səsləndirdiyi fikrlərə münasibət bildirərkən deyib.

Azərbaycanda yüzlərlə siyasi təşkilat, partiya mövcud olduğunu xatırladan A.Səfixanlı qeyd edib ki, bu gün ölkəmizdə 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 50-yə yaxın agentlik, bölgələrdə isə 100-ə yaxın qəzet və jurnal fəaliyyət göstərir. Hazırda 9 ümumrespublika, 1 peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir.

Aparat rəhbəri bildirib ki, bu gün Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Onun sözlərinə görə, ölkədəki etnik azlıqların özünəməxsus mədəni dəyərlərinin, dilinin qorunub saxlanması sahəsində KİV-lərin fəaliyyəti üçün zəruri şərait yaradılıb: “Respublika radiosunda müntəzəm olaraq 6 dildə (rus, ləzgi, kürd, talış və gürcü dillərində) verilişlər yayımlanır. Etnik azlıqların kompakt yaşadıqları rayonlarda (Quba, Qusar, Xaçmaz, Lənkəran və Zaqatala) yerli telekanallar fəaliyyət göstərir, rus, ləzgi, talış, gürcü, avar, kürd dillərində qəzet və jurnallar çıxır. Habelə xarici dillərdə bir sıra mətbuat orqanları işıq üzü görür. Aparıcı gündəlik qəzetlərin ümumi tirajı 200 000 nüsxədən çoxdur”.

A.Səfixanlı əlavə edib ki, Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir: “Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Hətta bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin məhz internetə girişlə bağlı hüququn pozulması ilə əlaqədar qəbul etdiyi qərarlara nəzər yetirsək, orada Azərbaycanla bağlı bir dənə də olsun qərar yoxdur. Əksinə cavabdeh ölkə qismində digər Avropa ölkələrinin cəlb edildiyini müşahidə etmək olar. Bütün bu faktları sadalamaqla onu qeyd etmək istərdim ki, bu gün Azərbaycan artıq insan hüquqlarının müdafiəsi sahəsində əldə olunan müsbət təcrübələrinin ixracatçısına çevrilib. Təsadüfi deyil ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar dəfələrlə Avropa Şurasının rəsmiləri tərəfindən məhz müsbət təcrübə kimi qiymətləndirilərək bu təcrübənin öyrənilməsi tövsiyə olunub”.

A.Səfixanlının sözlərinə görə, Azərbaycan artıq 16 ildir ki, Avropa Şurasının üzvüdür, bu müddət ərzində ölkəmiz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmiş, Avropa Şurası çərçivəsində qəbul edilmiş 60 beynəlxalq müqavilənin iştirakçısı olmaqla öz milli qanunvericiliyini tam olaraq təkmilləşdirib:

“Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, bu öhdəliklərin icrası Avropa Şurası ilə əməkdaşlıq naminə deyil, dövlətimizin maraqları, onun dahada demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə həyata keçirilir. Belə ki, Avropa Şurasının ikinci İnsan Hüquqları üzrə Kommissarı olmuş Tomas Hammerberg region ölkələr üzrə ilk səfərini məhz Azərbaycana edərək, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlərlə tanış olarkən ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qəbul olunmuş təkmil bir sənəd kimi qiymətləndirərək digər Avropa ölkələrini də bu təcrübədən yararlanmağı tövsiyə etmişdir”. Trend.az