“Qarabağ”dan qapıçı transferi AÇIQLAMASI
“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə cəlb edib.
Ağdam klubu sosial şəbəkə vasitəsilə transferi açıqlayıb.
23 yaşlı qapıçı Polşanın “Yagelloniya” klubundan transfer olunub. Yeni komandasında 23 nömrəli formanı geyinəcək Quqeşaşvilinin müqavilə detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Luka Quqeşaşvili son iki ili icarə əsasında ölkəsinin “Dila” klubunda keçirib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP